AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

Şrift : |
Tarix :5-12-2019, 03:13
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Avropa İnsan Hüquqları Məhkəməsi bu gün mərhum publisist Rafiq Tağının və onun həmkarı Samir Hüseynovun (Sədaqətoğlu) şikayəti üzrə qərarını elan edib.

    7GUN.az Turan.az-a istinadən xəbər verir ki, şikayət "Sənət" qəzetində 2006-cı ildə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə publisistin həbsi ilə bağlı verimişdi.

    Məqalədə Tağı islam və xristianlığı mənəviyyat və humanizm nöqteyi-nəzərdən müqayisə edirdi. Məqalə dərc edildikdən sonra Tağıya və qəzetin redaktoru Samir Sədaqətoğluna qarşı dindarlar tərəfindən təzyiq başlayıb, onlar məqalədə Məhəmməd Peyğəmbərin təhqir olunduğunu hesab ediblər. İranda ayətullahlardan biri onların öldürülməsi fətvası verib.

    Bakıda məhkəmə hər ikisini CM-in 283.2.2-ci (dini ayrı-seçkilik salma) maddəsi ilə təqsirli bilib və Tağını 3, Sədaqətoğlunu 4 il müddətinə azadlıqdan məhrum edib. 2007-ci ilin sonlarında hər ikisi Azərbaycan prezidenti tərəfindən əvf olunub.

    AİHM bu işdə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (fikir azadlığı) maddəsinin pozulduğu qənaətinə gəlib.

    2011-ci ildə Tağının vəkili AİHM-yə müraciət edib. Şikayətdə deyilirdi ki, dövlət müttəhimlərin dini etiqad və ifadə azadlığına müdaxilə edib.

    AİHM Tağının həyat yoldaşına və Sədaqətoğluna  hər birinə 12850 avro məbləğində kompensasiya ödənilməsi haqqında qərar verib.

    2011-ci il noyabrın 19-da Tağı naməlum şəxsin hücumuna məruz qalıb, o, publisistə çoxsaylı bıçaq xəsarətləri yetirib. 4 gün sonra Tağı xəstəxanada dünyasını dəyişib.

    Bu cinayətin üstü indiyədək açılmayıb. Tağı ölümündən əvvəl ona qarşı hücumu İran siyasi hakimiyyətinin tənqidi ilə əlaqələndirib.

    Cinayətin üstünün açılmaması ilə bağlı şikayət AİHM-də kommunikasiya prosesindədir. 


Xəbər lenti

"Karmen" operasının növbəti tamaşası keçirilmişdir -Mədəniyyət

"Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı" -Nurlan Mirkazımlı

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev

Bir gəncin də həyatı burulğana düşdü -FOTO

“Azərbaycan insanı daxmalarda çürüyür" -Ceyhun Nəbi

Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Milli Şura Əlizamin Salayevə qarşı işgəncələri pisləyir -BƏYANAT

Baş redaktorun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib

Səfir Ceyms Şarp Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib -FOTO

Bu gün mərhum jurnalist haqqında sənədli filmin təqdimatı olacaq

Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? -FOTO

"Bu, sadəcə kobud haker hücumu deyildi" -Anar Məmmədov

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır :Transparency International

Nazir buralardan xəbərsizdir... - İDDİA

Azər Abdullayev hansı maraqlara xidmət edir?

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" -ABŞ Prezidenti Donald Tramp

"Əlizamin Salayevin səhhətində problemlər var" -Cavad Cavadov

AŞPA nümayəndələri KİV və seçkilər mövzusunu nüzakirə ediblər -Jurnalistlərlə

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya