Yevlaxdakı qəzada ölən və yaralananların adları məlum olub


Yevlaxda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölən və yaralananların bəzilərinin adları məlum olub.

7GUN.az “Report”a istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri 2006-cı il təvəllüdlü Şəmkir rayon sakini Abdullayev Emin Asif oğludur.

Qəzada ölən daha 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılardan adları məlum olanlar isə bunlardır:

Əhmədova Səfa Nizami qızı

Əliyev Cavidan Əliyar oğlu

Əliyev Əliyar İlyas oğlu

İmanova Tamilə Nəsir qızı

Həsənova Validə Namiq qızı

30-06-2018, 21:36