"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Şrift : |
Tarix :26-12-2019, 02:58
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    7GUN.az Turan İA-nə istinadən xəbər verir ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı tələbatların qiymətləndirilməsi üzrə missiyası 19-21 dekabr tarixlərində ölkəyə səfərinin yekunlarına dair hesabat dərc edib.

    Missiya rəsmi şəxslər, siyasi partiya, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri ilə görüşlər keçirib.

    Missiya ATƏT DTİHB-nin toplaşmaq və ifadə azadlığı, media mühiti, namizədlərin qeydiyyatı, habelə seçki administrasiyasının qərəzsizliyinin təmin edilməsi ilə bağlı əvvəlki tövsiyələri əsasında qanunvericiliyin təkmilləşdirilmədiyini qeyd edir.

    Seçki komissiyalarının üzvlərinin təyin edilməsi formulu bu qurumların tarazlığına və qərəzsizliyinə zəmanət verilməsi cəhdi ilə izah olunsa da, missiyanın bir çox həmsöhbətləri qeyd ediblər ki, reallıqda seçki administrasiyaları hakim partiyanı dəstəkləyəcək şəkildə səs verirlər.

    Missiya həmçinin MSK və Dövlət Statistika Komitəsinin məlumatlarına görə, seçicilərin sayında 2 mln. fərq olduğunu qeyd edir.

    DTİHB-nin bir çox həmsöhbətləri namizədlərin qeydiyyatı, xüsusən seçicilərin imzalarının yoxlanılması prosesinin qərəzsizliyinə ciddi şübhələri olduğunu bildiriblər.

    Bir neçə müxalif partiya və hərəkat seçkiləri boykot edəcəklərini elan ediblər.

    Konstitusiyada ifadə azadlığına zəmanət verilməsinə baxmayaraq, diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib, 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

    Missiya ATƏT DTİHB-yə 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçidən ibarət monitorinq missiyası təşkil etməyi tövsiyə edib.


Xəbər lenti

"Karmen" operasının növbəti tamaşası keçirilmişdir -Mədəniyyət

"Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı" -Nurlan Mirkazımlı

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev

Bir gəncin də həyatı burulğana düşdü -FOTO

“Azərbaycan insanı daxmalarda çürüyür" -Ceyhun Nəbi

Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Milli Şura Əlizamin Salayevə qarşı işgəncələri pisləyir -BƏYANAT

Baş redaktorun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib

Səfir Ceyms Şarp Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib -FOTO

Bu gün mərhum jurnalist haqqında sənədli filmin təqdimatı olacaq

Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? -FOTO

"Bu, sadəcə kobud haker hücumu deyildi" -Anar Məmmədov

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır :Transparency International

Nazir buralardan xəbərsizdir... - İDDİA

Azər Abdullayev hansı maraqlara xidmət edir?

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" -ABŞ Prezidenti Donald Tramp

"Əlizamin Salayevin səhhətində problemlər var" -Cavad Cavadov

AŞPA nümayəndələri KİV və seçkilər mövzusunu nüzakirə ediblər -Jurnalistlərlə

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya