Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

Şrift : |
Tarix :26-12-2019, 06:32
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Birləşmiş Ştatlar prezidenti Donald Tramp cümə axşamı Rusiya, Suriya və İrana Suriyanın İdlib vilayətində mülki vətəndaşları öldürməmələri bərədə xəbərdarlıq edib və "qırğının" qarşısını almaq üçün Türkiyənin əlindən gələni etdiyini deyib.

    "Rusiya, Suriya və İran İdlib vilayətində minlərlə günasız vətəndaşı öldürür və ya öldürməyə hazırlaşır. Bunu etməyin! Türkiyə bu qırğının qarşısını almağa çalışır" - deyə, Tramp Twitter səhifəsində yazıb.

    7GUN.az Amerikaninsesi.org-a istinadən xəbər verir ki, Suriya və Rusiya qüvvələri üsyançıların Suriyakı son istehkamı olan İdlibdəki son hədəfinə bombardmanı gücləndirib. Suriya prezidenti Bəşər Əsəd həmin ərazini geri alacağına söz verib.

    Türkiyə, Rusiya və İran liderləri sentyabr ayında Ankarada aylardır azı 500 min mülki vətəndaşın İdlibdən qaçmasına gətirib çıxaran münaqişədə "de-eskalasiyaya", yəni döyüşlərin intensivliyinin azaldılmasına dair razılıq əldə edib. Suriyada sülhün bərpası üzərində razılaşma ilə bağlı diplomatiya divara dirəndiyi üçün de-eskalasiya razılığı da dayandırılıb.

    Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın çərşənbə axşamı Türkiyə nümayəndə heyətinin Moskvada danışıqlar aparmasından sonra Rusiyanın İdlibdəki hücumları dayandırmağa çalışacağını deyib.

    Ankaranın bu yaxınlarda Amerikanın Suriyadakı kürd müttəfiqlərinə qarşı hərbi müdalixəsindən və Türkiyənin Rusiyanın S-400 raketdən müdafiə sistemini satın almasına baxmayaraq, ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla yaxın əlaqələr qurmağa çalışır.


Xəbər lenti

"Karmen" operasının növbəti tamaşası keçirilmişdir -Mədəniyyət

"Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı" -Nurlan Mirkazımlı

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev

Bir gəncin də həyatı burulğana düşdü -FOTO

“Azərbaycan insanı daxmalarda çürüyür" -Ceyhun Nəbi

Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Milli Şura Əlizamin Salayevə qarşı işgəncələri pisləyir -BƏYANAT

Baş redaktorun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib

Səfir Ceyms Şarp Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib -FOTO

Bu gün mərhum jurnalist haqqında sənədli filmin təqdimatı olacaq

Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? -FOTO

"Bu, sadəcə kobud haker hücumu deyildi" -Anar Məmmədov

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır :Transparency International

Nazir buralardan xəbərsizdir... - İDDİA

Azər Abdullayev hansı maraqlara xidmət edir?

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" -ABŞ Prezidenti Donald Tramp

"Əlizamin Salayevin səhhətində problemlər var" -Cavad Cavadov

AŞPA nümayəndələri KİV və seçkilər mövzusunu nüzakirə ediblər -Jurnalistlərlə

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya