“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Şrift : |
Tarix :13-01-2020, 07:10
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Bu gün DİN rəhbəri Vilayət Eyvazov Criminal.az saytının redaktoru Anar Məmmədovu qəbul edib. 7GUN.az Turan.az-a istinadən xəbər verir ki, A.Məmmədov vəhşicəsinə döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların araşdırılmasını xahiş edib.

    “Nazirə barəmdə sosial şəbəkədə yayılmış yalan məlumatlar, eyni zamanda bu qəbildən olan məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim. Bildirdim ki, son zamanlar mütəmadi olaraq əsassız iddialarla məhkəmələrə cavabdeh qismində cəlb olunuram.

    Buna görə də belə məlumatların əsassız iddia müəllifləri tərəfindən yayıla biləcəyini istisna etmirəm. Bütün hallarda baş verənlər mənim jurnalist fəaliyyətimlə bağldır”, -A.Məmmədov bildirib.

    Jurnalistin sözlərinə görə, nazir onu diqqətlə dinləyib və deyib ki, işi şəxsi nəzarətinə götürür. O, zəruri araşdırmanın aparılacağını vəd edib və deyib ki, bunun üçün kifayət qədər texniki imkan var.

    “Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin”, - A.Məmmədov nazirin sözlərini çatdırıb.

    Xatırladaq ki, yanvarın 10-da sosial şəbəkələrdə A.Məmmədovun hansısa bir oliqarxın sifarişi ilə vəhşicəsinə döyülməsi barədə məlumat yayılıb. Həmin gün A.Məmmədov Ağdam rayonunda sahibkar Məlahət Qurbanovanın ona qarşı məhkəmə prosesində olub. M.Qurbanova “böhtan” və “təhqir”ə görə jurnalistin həbs olunmasını tələb edib.

    A.Məmmədov günahkar kimi tanınarsa onu iki ilədək azadlıqdan məhrumetmə cəzası və əlavə olaraq hazırda şərti olaraq çəkdiyi 5,5 il müddəti (2018-ci ilin iyulunda baş vermiş Gəncə hadisələri barədə yazıya görə) gözləyir.


Xəbər lenti

"Karmen" operasının növbəti tamaşası keçirilmişdir -Mədəniyyət

"Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı" -Nurlan Mirkazımlı

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev

Bir gəncin də həyatı burulğana düşdü -FOTO

“Azərbaycan insanı daxmalarda çürüyür" -Ceyhun Nəbi

Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Milli Şura Əlizamin Salayevə qarşı işgəncələri pisləyir -BƏYANAT

Baş redaktorun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib

Səfir Ceyms Şarp Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib -FOTO

Bu gün mərhum jurnalist haqqında sənədli filmin təqdimatı olacaq

Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? -FOTO

"Bu, sadəcə kobud haker hücumu deyildi" -Anar Məmmədov

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır :Transparency International

Nazir buralardan xəbərsizdir... - İDDİA

Azər Abdullayev hansı maraqlara xidmət edir?

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" -ABŞ Prezidenti Donald Tramp

"Əlizamin Salayevin səhhətində problemlər var" -Cavad Cavadov

AŞPA nümayəndələri KİV və seçkilər mövzusunu nüzakirə ediblər -Jurnalistlərlə

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya