Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Şrift : |
Tarix :16-01-2020, 05:26
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan bir sıra güneyli fəalın ailələri onların saxlanmasına etiraz olaraq Təbriz məhkəməsindən fəalların durumundan məlumat almaq istəyib.

    7GUN.az xəbər verir ki, Amerikanın Səsinin əldə etdiyi məlumata görə, uzun müddətdir həbsdə saxlanılan güneyli fəalların sayı 30-dan çox olan ailələri, fəalların uzun müddət heç bir açıqlama verilmədən saxlanılmasına məhkəməyə etiraz edib. Məhkəmə məmurları saxlanılan türk fəalların ailələrinə “dosyeləri təkmilləşdirilmədiyinə görə heç bir məlumat verə bilmirik” -deyə, cavabı verərək onları məhkəmə binasından qovub.

    Fəalların ailələri rəsmilərdən Məhkəmə işinin tamamlanması və saxlanma müddətinin təyin edilməsini tələb etsələr də, məhkəmə rəsmiləri qəti cavab verməkdən imtina ediblər. Ailələrin israr etməsindən sonra məhkəmə məmurları onları binadan xaric edib.

    Əldə edilən məlumata görə, saxlanılan fəal Əkbər Mühaciriyə təhlükəsizlik hissəsi nəzarətində olduğu üçün görüşmə qadağası tətbiq edilir. Həmin milli fəalın ailəsi də onun səhhətindən narahatlığını bildirib.

    Ailələr arasında sadəcə Ruzbeh və Yaşar Pirinin ailəsi təsadüfi olaraq onları qarşılamağa nail olub. İki fəal məhkəməyə gətirildikləri zaman ailələri onlarla görüşə bilib. Bu iki fəala qarşı beş fərqli ittiham irəli sürülüb. Onlara qarşı ölkənin təhlükəsizliyini pozmağa çalışan qruplara üzv olmaq, rejimə qarşı müxalif qrupların lehinə təbliğat aparmaq, "milli təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplantı təşkil etmək, vəzifəsini yerinə yetirərkən dövlət məmuruna baş qaldırmaq və ictimai asayişi pozmaq kimi ittihamlar irəli sürülüb.


Xəbər lenti

"Karmen" operasının növbəti tamaşası keçirilmişdir -Mədəniyyət

"Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı" -Nurlan Mirkazımlı

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev

Bir gəncin də həyatı burulğana düşdü -FOTO

“Azərbaycan insanı daxmalarda çürüyür" -Ceyhun Nəbi

Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Milli Şura Əlizamin Salayevə qarşı işgəncələri pisləyir -BƏYANAT

Baş redaktorun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib

Səfir Ceyms Şarp Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib -FOTO

Bu gün mərhum jurnalist haqqında sənədli filmin təqdimatı olacaq

Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? -FOTO

"Bu, sadəcə kobud haker hücumu deyildi" -Anar Məmmədov

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır :Transparency International

Nazir buralardan xəbərsizdir... - İDDİA

Azər Abdullayev hansı maraqlara xidmət edir?

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" -ABŞ Prezidenti Donald Tramp

"Əlizamin Salayevin səhhətində problemlər var" -Cavad Cavadov

AŞPA nümayəndələri KİV və seçkilər mövzusunu nüzakirə ediblər -Jurnalistlərlə

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya