Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Şrift : |
Tarix :24-01-2020, 05:49
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    9 fevral parlament seçkilərilə bağlı seçkiqabağı mühiti qiymətləndirmək üçün yanvarın 22-23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti öz rəyini açıqlayıb.

    7GUN.az-ın Turan.az-a istinadən məlumatına görə, müxtəlif həmsöhbətlərlə müzakirələrdən sonra AŞPA nümayəndə heyəti qalan müddətdə vəziyyətin yaxşılaşdırılması və heç olmasa problemlərin bir hissəsinin həlli üçün imkanların olduğunu vurğulamağı vacib sayır.

    Bəzi əlaqədar tərəflər əsas hüquqlara, xüsusən ifadə və sərbəst toplaşma azadlığına əməl olunması ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Müxalifət partiyaları nümayəndə heyətinə bildiriblər ki, məhdudlaşdırıcı şəraitə görə seçkini boykot etmək qərarına gəliblər.

    “Namizədlərin qeydiyyatı və onların seçkilərdə iştirakına gəlincə, nümayəndə heyəti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, ləğv edilməmiş cinayət işləri səbəbindən bəzi siyasi liderlərə seçkilərdə iştirak imkanlarının verilməməsindən təəssüflənir. Belə ki, 2019-cu ilin sentyabrında Avropa Şurası Nazirlər Komitəsi

    Azərbaycandan “İlqar Məmmədova qarşı irəli sürülmüş cinayət ittihamlarının qalan bütün nəticələrini dərhal aradan qaldırmağı” tələb edib.

    “AŞPA nümayəndə heyəti hesab edir ki, Azərbaycanın Strasburq məhkəməsinin qərarlarını yerinə yetirməməsi öz vətəndaşlarının seçkilərdə effektiv iştirak etməklə bağlı konstitusiya hüququnü şübhə altına alır”, - hesabatda qeyd olunur.

    Nümayəndə heyəti bir çox həmsöhbətlərin söylədiyi və seçki komissiyalarının müstəqilliyi ilə bağlı Venesiya Komissiyası tərəfindən dəstəklənən şübhələri nəzərə alıb.

    “AŞPA seçki müşahidə missiyaları, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilməsinin vacibliyinə dəfələrlə təkid ediblər. Əsas azadlıqların konstitusiya təminatına baxmayaraq, hökuməti tənqid edənlər sistematik şəkildə təqib olunurlar.

    Sərbəst toplaşma azadlığına da əməl edilmir və 19 oktyabrda son mitinq kobud fiziki qüvvə ilə dağıdılıb.

    “AŞPA hesab edir ki, seçki kampaniyası zamanı bütün iştirakçılar üçün sərbəst toplaşma və ifadə azadlığını təmin etmək üçün bütün zəruri tədbirlər görülməlidir”.

    Seçki kampaniyasının maliyyələşdirilməsinə gəlincə, AŞPA nümayəndə heyəti xatırladır ki, Avropa Şurasının antikorrupsiya orqanı GRECO-nun tövsiyələri nəzərə alınmayıb.

    İfadə və KİV azadlığı, həmçinin məlumat əldə etmək hüququ təmin edilmir. Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır.

    2017-ci ildən Rabitə Nazirliyi ilkin məhkəmə qərarı olmadan KİV-i bloklayır. Hazırda bir sıra xəbər saytları bloklanıba, onlayn-fəallar isə getdikcə daha çox saxlanmaya və qorxutmaya məruz qalır.

    AŞPA nümayəndə heyətinə Alfred Heer (İsveçrə), nümayəndə heyətinin rəhbəri Rayvo Tamm (Estoniya), Georgios Katrouqkalos (Yunanıstan), Stefan Sennax (Avstriya) daxildir.


Xəbər lenti

"Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir" -Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov

Prezident İtaliyada səfərdədir -FOTOLAR

İnsan hüquqlarının vəziyyəti müzakirə olunacaq -ATƏT-in PA-da

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir” -ABŞ dövlət katibi

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya