Bir gəncin də həyatı burulğana düşdü -FOTO

Şrift : |
Tarix :25-01-2020, 23:19
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Ölkədə avtomobil qəzaları nəticəsində ölən və xəsarət alanların sayı gündən-günə artır. İnsanların normal həyat tərzi pozulur, sağlamlıqlarını itirirlər.

    İctimai qınaq və insanların harayı avtomobil qəzaları qarşısında aciz qalıb. Baş Dövlət Yol Polisi İdərəsi isə yalnız statistik rəqəmləri hesablayır. Sürücülük təhsili almadan 800- 900 manat rüşvət hesabına sürücülük hüququna sahib olanlar ölkə əhalisinə qarşı elan edilməmiş müharibə aparırlar. Mətbuatın açıqlamalarına dövlətin aidiyyatı qurumları biganə yanaşırlar. Rüşvət və korrupsiyaya qurşanmış məmurlar sanki xalqa qənim kəsilib.

    7GUN.az-ın məlumatına görə 28 dekabr 2019-cu ildə axşam saat 11 radələrində daha bir gəncin həyatı yük maşınının hədəfi olub. Həmin gün Xəzər rayonu Binə qəsəbəsinin Südçülük sovxozu ərazisində 218 saylı məktəbin yaxınlığından keçən şossenin səkisi üzərində 2020- ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılacaq 20 mart 2000-ci ildə Kürdəmir rayonunda anadan olmuş Əliyev Şahin Teymur oğlu "Ford" markalı 99 JA 172 dövlət nömrə nişanlı yük maşını tərəfindən vurularaq ağır kəllə- beyin əzilməsi və bədən xəsarətləri almışdır.

    Şahin Əliyevlə eyni məhəllədə yaşayan Nail Omarov, Əhliman Cəfərzadə və Fuad Mustafayev bildirirlər ki, sürücü maşını saxlamayaraq hadisə yerindən qaçmışdır. Deyilənə görə yük maşını "Forrest" şirkətinin Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən mebel fabrikinə məxsusdur. Bədbəxt hadisəni görənlər yük maşınını idarə edən orta boylu, dolu bədənli sürücünün və yanında oturan digər şəxsin sərxoş olduqları barədə danışırlar. Hadisə yerinə gələn Fuad Mustafayev yerli sakinlərin köməyi ilə Şahin Əliyevi təcili tibbi yardım maşını ilə 3 saylı Sabunçu Klinik Xəstəxanasına yola salmışdır. Həmin gün Şahin Əliyev ağır vəziyyətdə Sabunçu Klinik Xəstəxanasından "Bakı Mical Plaza" Hospitalına göndərilmişdir.

    "Bakı Medical Plaza" hospitalında Şahin Əliyevin beynində ağır cərrahiyyə əməliyyatı aparılmış və kafa tasının əzilmiş hissəsi götürülmüşdür.
    Baş verən hadisə zamanı ağır xəsarət almış Şahin Əliyevin anası Gülnar Əliyevanın sözlərinə görə fakt üzrə Xəzər rayon Polis İdarəsinin İstintq Şöbəsinin müstəntiqi Azər Həsənovun icraatında cinayət işi başlanmışdır. O, qəza törədən yük maşınının sürücüsü Rəcəbov Anar Soltan oğlunun saxlanması barədə məlumatlı olduqlarını bildirir. Lakin müstəntiqin cinayət işi üzrə aparılan istintaq barədə zərərçəkən şəxs kimi onların ailə üzvlərinə məlumat vermədiyini deyir. Hətta, müstəntiq onları "hara istəyirsiniz şikayət edin!"- deyə kobud formada iş otağından çıxartmışdır. Gülnar Əliyeva deyir ki, həmçinin müstəntiq bizdən "Forrest" şirkətinin və Yeni Suraxanıdakı mebel fabrikinin adlarını çəkməməyi tələb edib. Gülnar Əliyevanın dediyinə görə qəza baş verən zaman yük maşınında mebel fabrikinin sex rəisi Seymur adlı şəxs də olub. Onun sözlərinə görə müstəntiq Azər Həsənovun da bu haqda məlumatı var.

    Gülnar Əliyeva oğlunun müalicəsindən ötrü "Bakı Medical Plaza" hospitalın hesabına 28 dekabr 2019- cu ildən 25 yanvar 2020- ci ilə kimi ailəsi tərəfindən 30 (otuz) min manatdan çox pul ödənildiyini, 20 (iyirmi) min manatdan çox borc pul aldıqlarını, hal- hazırda isə imkanlarının tükəndiyini qeyd edərək, ailəsinin ağır maddi böhrandan çıxmasından və oğlunun müalicəsinin davam etdirilməsindn ötrü ölkə rəhbərliyinə rəsmi müraciət etdiyini bildirib. O, ailəsinin ağır durumda yaşadığını nəzərə çatdırıb.

    DİN-in şöbə rəisi Ehsan Zahidov 7GUN.az-a açıqlamasında cinayət işi üzrə obyektiv araşdırma aparılacağını bildirdi.

    Lalə Rövşən


Xəbər lenti

"Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir" -Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov

Prezident İtaliyada səfərdədir -FOTOLAR

İnsan hüquqlarının vəziyyəti müzakirə olunacaq -ATƏT-in PA-da

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir” -ABŞ dövlət katibi

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya