"Normal cəmiyyətlərdə namizəd dərhal istefa verərdi" -Ekspert

Şrift : |
Tarix :2-02-2020, 23:46
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri Fərəc Quliyev rəqibi, bloger Mehman Hüseynovla görüşdüyünü və namizədliyini geri götürməsini təklif etdiyini təsdiqləyib. Ancaq pulu rüşvət kimi deyil, müalicəyə kömək üçün təklif edib.

    7GUN.az-ın məlumatına görə F.Quliyev “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə təsdiqləyib ki, o, həqiqətən M.Hüseynova öz namizədliyini geri götürməsini və səlahiyyətli nümayəndə olmasını və gənclər təşkilatında təmsil olunmasını təklif edib.

    Söhbət əsnasında bloger səhhətindəki problemlərdən və ayağındakı “şişkinlik”dən şikayətlənib. Buna görə F.Quliyev ona müalicə üçün pul təklif edib.

    F.Quliyev əlavə edib ki, söhbət 45 dəqiqə davam edib, ancaq M.Hüseynov 5-6 dəqiqəlik montaj edilmiş yazı dərc edib.

    Azərbaycan MSK audioyazının yayımlanması ilə bağlı hələ şərh verməyib.

    Bu faktı şərh edən ekspertlər hesab edirlər ki, fakt cinayət tərkibi əlamətinin olub-olmaması ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

    Seçki Məcəlləsinə görə, namizədin seçkidə iştirakına hər hansı şəkildə müdaxilə etmək, namizədə təzyiq göstərmək, onu hansısa təkliflərlə ələ almaq qadağandır. Bu fikri Demokartik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri, MSK-nın keçmiş üzvü Akif Qurbanov söyləyib.

    Onun fikrincə, indiki halda M.Hüseynov Dairə Seçki Komissiyasına (DSK) müraciət etməlidir. DSK baş verən pozuntuda cinayət tərkibi ehtmalını nəzər alarsa o zaman həmin şikayət üzrə faktlar prokurorluğa göndərilməlidir.

    Müalicə üçün yardıma gəlincə, əgər təklifin arxasında tələb varsa, bu, qanunaziddir. Odur ki, namizəd Fərəc Quliyevin qeydiyyatının ləğvi üçün əsas var.

    “Normal cəmiyyətlərdə namizəd dərhal istefa verərdi. Təəssüf ki, Azərbaycan cəmiyyətində belə bir təcrübə hələ ki oturuşmayıb”,- A.Qurbanov deyib.

    Hüquq sahəsində digər ekspert Ələsgər Məmmədli CM-in 312-1.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərini görür. Bu, “şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə maddi və digər güzəştlər, imtiyazlar və ya imtiyazlar verilməsi üçün məsuliyyət tədbirlərini nəzərdə tutur. Ə.Məmmədli qeyd edbi ki, 308.2-ci maddəyə görə, deputatlığa namizəd “vəzifəli şəxs” kateqoriyasına aid edilir.

    Ə.Məmmədli hesab edir ki, açıqlanan audioyazı prokurorluğun araşdırma aparması üçün əsasdır. Ə.Məmmədli hesab edir ki, MSK F.Quliyevin qeydiyyatını ləğv etməlidir, çünki onun özü də görüş və rəqibinə pul təklif etməsi faktını inkar etmir.


Xəbər lenti

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar" -Elçin Həsənzadə

Daha bir deputatlığa namizəd polisə çağırıldı

Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya