Polad Aslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib -VİDEO

Şrift : |
Tarix :3-02-2020, 05:55
Bölmə : Gündəlik xəbərlər / Video
Kömək :    
Like :
Like :

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi, yəni dövlətə xəyanət və 134-cü, yəni ölümlə və ya ağır, bədən xəsarəti yetirməklə hədələmə maddələri ilə ittiham olunan jurnalist Polad Aslanovun təqsirlənməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

    7GUN.az-ın məhkəmə prosesində iştirak edən əməkdaşının sözlərinə görə Polad Aslanov sözlərinin yaxşı eşidilməsindən ötrü məhkəmə zalında olan mikrofonun yandırılmasını tələb edib. Lakin prosesə sədrlik edən hakim Faiq Qəniyev Polad Aslanovun istəyini təmin etmıyib. Bundan sonra Polad Aslanov və onun ailə üzvləri məhkəməyə etiraz etməyə başlayıb. Buna görə də hakim məhkəmə zalının boşaldılması barədə qərar qəbul edib. Polad Aslanov hakimlərə məhkəmədə media nümayəndələrinin və hüquq müdafiəçilərinin iştirakları təmin edilməyənə qədər prosesdə iştirak etməyəcəyini bildirib. Yaranmış gərginlik aradan qaldırıldıqdan sonra məhkəmə jurnalistləri və hüquq müdafiəçilərini zala buraxıb.

    Polad Aslanovun vəkili Elçin Sadıqov sədrlik edən hakim Faiq Qəniyevə etiraz edib. Bunu onun 1998-2013-cü illərdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləməsi və belə olan halda onun maraqlı tərəf ola biləcəyi ilə əsaslandırıb. Polad Aslanovun digər vəkili Kamran Musayev Elçin Sadıqovun vəsatətini müdafiə edib. Dövlət ittihamçısı məhkəmədən müdafiə tərəfinin vəsatətini təmin etməməyi xahiş edib. 

    Vəsatət müşavirə otağında Məhkəmə Kollegiyasının digər iki hakimi tərəfindən müzakirə edilərək təmin olunmayıb.

    Bundan sonra Polad Aslanov vəsatətlərin təmin olunmamasına etiraz olaraq əl çalıb və qəfəsin qapısını döyüb.

    Polad Aslanov bu gündən etibarən siyasi fəaliyyə başladığını və Milli Şuranın rəhbərliyinə təşkilata üzvlüyə qəbul edilməsindən ötrü müraciət edib.

    Prosesə sədrlik edən hakim Faiq Qəniyev Polad Aslanova bir neçə dəfə xəbərdarlıq edib və ona məhkəmə prosesinin keçirilməsinə mane olmağa davam edəcəyi təqdirdə növbəti prosesləri onun iştirakı olmadan keçirəcəyini bildirib.

    Vəkil Elçin Sadıqov jurnalist Polad Aslanovun barəsində olan cinayət işinə xitam verilməsi və onu məhkəmə zalından azadlığa buraxılması barədə məhkəməyə növbəti vəsatət verib. Vəkil Elçin Sadıqov vəsatəti cinayət işinin yalnız Polad Aslanovun təzyiq altında özünə qarşı verdiyi ifadələr əsasında qurulması ilə əsaslandırıb. 

    Elçin Sadıqov Polad Aslanovun daimi yaşayış yerinin olduğunu, səhhəti ilə bağlı ciddi problemlərin yaşadığını, şəxsiyyət vəsiqəsinin və xarici pasportunun cinayət işi üzrə materiallara əlavə edildiyini, ona görə də onun qaçıb istintaqdan gizlənməsi mümkün olmadığını bildirərək, onun barəsində olan həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edlməsini xahiş edib.

    Vəkillər həmçinin iş üzrə zərərçəkmiş şəxs Dəyanət Babayevin məhkəmə prosesində iştirakının təmin edilməsini xahiş edib. Məhkəmə isə onun səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməyəcəyini və məhkəməyə teleqram göndərdiyini elan edərək, məhkəmə prosesinin zərərçəkmiş şəxs olmadan davam etməsi barədə qərar qəbul edib.

    Məhkəmə kollegiyası cinayət işində dövlət sirri və xüsusi xidmətlərin fəaliyyəti ilə bağlı hissələr olduğuna görə növbəti məhkəmə proseslərinin qismən qapalı keçirələcəyini bildirib. Növbəti məhkəmə prosesi fevral ayının 10-a təyin olunub. 

    Qeyd edək ki, Polad Aslanov 12 iyun 2019-cu ildə saxlanılıb və AR CM-in 274-cü, yəni dövlətə xəyanət maddəsi ilə təqsirli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

    İstintaq dövründə Polad Aslanova qarşı AR CM-in 134-cü, yəni ölümlə və ya ağır, bədən xəsarəti yetirməklə hədələmə maddəsi ilə daha bir ittiham irəli sürülüb. 



Xəbər lenti

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar" -Elçin Həsənzadə

Daha bir deputatlığa namizəd polisə çağırıldı

Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya