Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

Şrift : |
Tarix :7-02-2020, 19:09
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərova 9 fevralda keçiriləcək parlament seçkilər ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

    O, imzatoplama və təbliğat-təşviqat zamanı qanunsuzluqların olduğundan şikayətlənib.

    7GUN.az-ın Arqument.az-a istinadən məlumatına görə, Günel Səfərova bildirib ki, rayon rəhbərliyi və inzibati resurs hazırda YAP-ın namizədi Kəmaləddin Qafarov üçün çalşır, prosesə kobud müdaxilələr edilir: "Binəqədi rayonunun bütün inzibati resursları deputatlığa namizədliyi həmin dairədə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarovun seçki qutusundan "qalib” çıxmasına yönləndirilib. Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz. Seçicilərin şəxsiyyət vəsiqələri qanunsuz olaraq toplanılır, onlara Kəmaləddin Qafarova səs vermələri üçün təzyiqlər edilir, müəllimlərə və valideynlərə mesaj göndərilir ki, səsvermədə biz deyən şəxsə səs verməsəniz, cəzalanacaqsınız.

    Mən heç bir siyasi partiyanın üzvü deyiləm. Ona görə yox ki, heç bir partiyanı bəyənmirəm. Ona görə ki partiya qarşısında yox, vətəndaş qarşısında öhdəlik götürmək istəyirəm. Bu səbəbdən də seçkilərə müstəqil namizəd kimi qatılmışam. Düşüncəmə görə, millət vəkilinin öhdəliyi vətəndaş qarşısında olmalıdır. Mən bitərəf də deyil, vətəndaşın, vətənimin tərəfindəyəm. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesinə öz töhfəsini verən "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədriyəm. Uzun illərdir ki, Azərbaycan qadınlarının cəmiyyətdə səlahiyyətləndirilməsi və uğur qazanmaları üçün maarifləndirmə işi aparır, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarının toplantılarında layiqincə təmsil etməyə çalışıram".

    Səfərova hesab edir ki, Milli Məclisə inamı bərpa etmək seçkilərin şəffaf olmasından asılı olacaq: "Vətəndaşa öz şəxsiyyətinə layiq millət vəkili seçməsi üçün imkan yaradılmalıdır. Çünki namizəd seçiləndə vətəndaşı təmsil edəcək, vətəndaşın vəkili olacaq, icra başçısının, YAP-ın yox! Millət vəkili olmaq üstünlük deyil, üstünlük vətəndaşın məmnunluğudur. Normal və islahata cavab verən parlamentin formalaşması üçün deputatı seçici seçməlidir. Yalnız vətəndaşdan mandat almış parlament nüfuzlü olacaq".

    Vitse-prezidentə müraciət edən namizəd qadınların problemlərinə də toxunub: "Azərbaycanda qadın olmağın çətinliyi var. Qadının cəmiyyətdə özünütəsdiq etmək missiyası var. Azərbaycanda qadınların ictimai-siyasi aktivliyini bəzən doğru anlamırlar. Mən həm Günel Səfərova olaraq, həm də qadın olaraq özünütəsdiq mübarizəsi aparıram. Azərbaycan qadını çox böyük işlər görüb. Düşünürəm ki, bu gün Azərbaycan qadınının çox yaxşı nümunələri var. Məncə, hakimiyyət də bunun fərqində olmalı, istəməlidir ki, Azərbaycanda müsbət qadın nümunələri daha da çoxalsın və önə çıxsın. Seçicilərimin çoxu deyir ki, seçilən seçilib mən niyə əziyyət çəkib seçkiyə gedirəm. Azərbaycanda seçkidən küsmüş bir toplum var. Biz istəyirik ki, bu ölkədə hüququ tapdalananda onu qoruya bilən vətəndaş yetişsin. Bunun üçün də bu sistemi yaradacaq mexanizmlərin yerində olmasını istəyirik. Çoxları deyir ki, bu gün ölkədə dəyişiklik mümkün deyil. İcra orqanları öz vəzifələrini yerinə yetirmir, rüşvət var, korrupsiya var, qanunlar işləmir, məhkəmələr sifarişli qərarlar çıxarır. Biz bu naqislikləri görürüksə onları bir şəkildə düzəltmək üçün nələrdənsə başlamalıyıq. Problemləri sadəcə üzə çıxarmaqla, deməklə iş bitmir, onların həlli üçün çalışmaq gərəkdir. 9 fevralda keçiriləcək seçki vəd edilən islahatların təsdiqi üçün ən gözəl indikator olacaq. Çünki bu seçkinin nəticəsi xalqın hakimiyyətə inamını tam formalaşdıracaq".

    O, Mehriban Əliyevanın bu qanunsuzluqlara müdaxilə edəcəyinə ümid edir: "Parlament seçkilərinə ölkəmizdə həyata keçirilən islahatlardan ruhlanaraq və bu prosesin Azərbaycanı daha da gücləndirəcəyinə inanaraq qatılmışam. Ümid edirəm ki, parlament seçkisi kimi dövlətimiz və xalqımız üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir siyasi hadisənin üzərinə kölgə salınmaması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz".

    Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


Xəbər lenti

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar" -Elçin Həsənzadə

Daha bir deputatlığa namizəd polisə çağırıldı

Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya