Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

Şrift : |
Tarix :8-02-2020, 08:09
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Deputatlığa namizəd, bloger Mehman Hüseynov namizədliyini irəli sürdüyü 31 saylı Suraxanı ikinci dairəsində seçkilərə xüsusi diqqət yetirmək çağırışı ilə ATƏT, ATƏT PA və AŞPA müşahidə missiyalarına müraciət edib.

    7GUN.az-ın Turan.az-a istinadən məlumatına görə M.Hüseynov bunu onunla əsaslandırır ki, digər namizəd Fərəc Quliyev blogerin onun xeyrinə namizədliyini geri götürməsi üçün M.Hüseynovu ələ almağa cəhd edib. M.Hüseynov həmçinin öz komandasının üzvlərinə təzyiq olduğunu bildirib.

    M.Hüseynov ATƏT-in seçkilərdə xüsusi koordinatoru Artur Gerasimov, ATƏT PA nümayəndə heyətinin rəhbəri Elona Hoca-Qjebrea, AŞPA seçki müşahidə missiyasının rəhbəri Frank Şvab, DTİHB, AŞPA və ATƏT PA seçki müşahidə missiyalarının digər üzvlərinə ünvanladığı müraciətdə deyilir:

    “Mən, Mehman Hüseynov korrupsiya əleyhinə mübarizə aparan tanınmış bloger, hüquq müdafiəçisi, Azərbaycandan keçmiş siyasi məhbus, həmçinin 31 saylı seçki dairəsindən qarşıdakı parlament seçkilərinə namizədəm. Mən ələ alınmağıma cəhd hadisəsi barədə məlumat vermək istərdim. Peşə fəaliyyətim və sosial şəbəkələrdəki fəallığım nəzərə alınaraq öz seçki dairəmdə populyar namizədəm. Ona görə də digər namizəd və artıq iki dəfə eyni dairədən deputat olan Fərəc Quliyev seçkilərdən geri çəkilib ona dəstək olmağımın qarşılığında mənə maddi kompensasiya təklif etdi. Məndə bunu sübut edən dəlillər var, çünki söhbəti yazmışam və açıqlamışam”.

    M.Hüseynov həmçinin təəssüflə bildirir ki, hakimiyyət onun komandasının üzvlərini, əsasən də 9 fevral seçkilərini müşahidə edəcək şəxsləri “bu bazar günü seçki zamanı baş verə biləcək mümkün qanunsuz hərəkətlərə diqqət yetirməkdən əl çəkməsələr qanuni təqib və təzyiq formaları ilə hədələyib”.

    M.Hüseynov seçkilərin yaxşı keçirilməsini, mümkün pozuntuların qeydə alınmasını və digər müşahidəçilərin təhlükəsizliyini təmin etmək üçün sözügedən missiyalardan müşahidəçilərin göndərilməsini xahiş edir.

    Müraciətin sürəti ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT PA-nın baş katibi Roberto Montelle, ATƏT baş katibi Tomas Greminger, ATƏT DTİHB direktoru İngibyorq Solrun Qisladottir, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir və Azərbaycanın müstəqil Turan İnformasiya Agentliyinə göndərilib.

    Fevralın 1-də M.Hüseynov F.Quliyevlə söhbətinin audioyazısını açıqlayıb.

    F.Quliyev M.Hüseynova müəyyən şeylər, o cümlədən müalicəsi üçün pul verəcəyini vəd edərək namizədliyini onun xeyrinə geri götürməyi təklif edib.

    Blogerin şikayətindən sonra fevralın 5-də MSK F.Quliyevə xəbərdarlıq etməklə kifayətlənib. Eyni zamanda MSK rəhbəri Məzahir Pənahov “bu, son qərar deyil” deyib. Onun sözlərinə görə, baş verənləri prokurorluq da araşdırır və yekun qərar prokurorluğun araşdırmasının nəticələri nəzərə alınaraq qəbul ediləcək.

    Fevralın 6-da Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Facebook səhifəsində yazıb ki, blogerin müraciəti “müvafiq qərar qəbul edilməsi üçün” MSK-ya göndərilib.

    Müstəqil hüquqşünaslar birmənalı olaraq bildiriblər ki, F.Quliyevin əməlində cinayət tərkibi var və onun namizədliyi ləğv edilməlidir.


Xəbər lenti

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar" -Elçin Həsənzadə

Daha bir deputatlığa namizəd polisə çağırıldı

Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya