“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

Şrift : |
Tarix :13-02-2020, 04:23
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Fevralın 9-da keçirilmiş səsvermədən sonra “Sərhədsiz Reportyorlar” (RSF) Bakıda jurnalistlərin çalışmasına mane olan ən az 18 hadisəni müəyyən edib. Bəzi hallarda KİV işçiləri fiziki zorakılığa məruz qalıblar. Hakimiyyət bu zorakılıqda günahkar olanları məsuliyyətə cəlb etməlidir. Bu barədə “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir.

    7GUN.az Turan İA-nə istinadən xəbər verir ki, çərşənbə gününə keçən gecə xüsusi təyinatlı polislər Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq keçirən deputatlığa namizədləri zorla dağıdıblar. Bəzi jurnalistlər qaça bilib, lakin onlardan xeyli saxlanılıb və döyülüb.

    “Onlar məni maşına itələdilər, orada üç polis məni əlləri və ayaqları ilə döydülər”, - “Basta.info” saytının redaktoru Mustafa Hacıbəyli Facebook səhifəsində yazıb. “Üzüm qan içində idi”, - o əlavə edib.

    Aksiya iştirakçılar zorla avtobusa mindirilərkən hadisəni işıqlandıran yeddi qadın jurnalist polis tərəfindən döyülüb, onların kameraları və telefonları götürülüb.

    “Meydan” TV-nin reportyoru Sevinc Vaqifqızı əl və üz nahiyəsindən ciddi xəsarət alıb. “Amerikanın səsi”nin jurnalistləri Ülviyyə Quliyeva və Aygün Rəşidova, “Azadlıq” radiosunun müxbiri Aytən Məmmədova və müstəqil jurnalistlər Aynur Elgünəş və Aytac Tapdıq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onları şəhər ətrafına aparıb və gecə yarısına yaxın şossedən uzaqda sərbəst buraxıblar. Onların üç həmkarı, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova da daxil olmaqla, onların ardınca taksidə gəliblər, ancaq onlar da saxlanılıb və döyülüb.

    “Azərbaycan hakimiyyəti öz beynəlxalq öhdəliklərinə və KİV azadlığına və təhlükəsizliyinə zəmanət verilməsi barədə vədlərinə baxmayaraq, siyasi və jurnalist plüralizmini məhv etməyə davam edir”, - Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.

    Müstəqil mətbuat seçki qaydalarının kobud şəkildə pozulduğunu, jurnalistlərin hüquq- mühafizə orqanları və seçki komissiyalarının əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər.

    “Biz şəffaf araşdırma aparılmasını, bu zorakılığı törədənlərin mühakimə olunmasını, Avropa İnsan Hüquqları Konvensiyasına, Mülki və Siyasi Hüquqlar haqda Beynəlxalq Pakta əməl olunmasını tələb edirik”, - o vurğulayıb.

    “Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb, onlara işləməyə imkan verilməyib.

    Belə ki, “Azadlıq” radiosunun əməkdaşı İslam Şıxəli təzyiqə məruz qalıb və bu videoda öz əksini tapıb.

    Başqa bir videoda bir neçə nəfər BBC-nin müxbiri Aygün Mehmanın çəkiliş aparmasına mane olmağa çalışır. Seçki komissiyasının üzvü “Yeni Cümhuriyət” saytından Əli Səfərin kamerasını sındırıb.

    Frilanser Fatimə Mövlanlı, Turan agentliyinin reportyorları Əziz Kərimov və Fərid Qəhrəmanov, “Amerikanın səsi” radiosunun müxbiri Pərvanə Bayramova və “Abzas.net” onlayn KİV-in redaktoru Ülvi Həsənli seçki məntəqələrində və şəhərin küçələrində təzyiqlərə məruz qalıblar.

    9 fevral seçkilərindən öncə bəzi KİV və müxalifət saytları bloklanıb və ya sındırılıb, məsələn, “Basta.info” “Youksalich Namina”.

    2019-cu dünya mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 166-cı yerdədir. Əksər tənqidi KİV, əsas müstəqil xəbər saytları bağlanıb və hazırda ən azı altı jurnalist həbsdədir, bəyanatda deyilir.


Xəbər lenti

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Günel Səfərova: "Açıq şəkildə bildirilir ki, YAP-ın namizədi olan yerdə heç kəs deputat seçilə bilməz"

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar" -Elçin Həsənzadə

Daha bir deputatlığa namizəd polisə çağırıldı

Manaf Ağayev niyə məntiqsiz və yalan danışır?

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya