Elman Quliyev aclığa başlayıb


Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Elman Quliyev bu gün aclıq aksiyasına başlayıb. E.Quliyev Facebook səhifəsində yazıb ki, bununla 9 fevral parlament seçkiləri zamanı saxtakarlığa etiraz edir.

7GUN.az Turan İA-nə istinadən xəbər verir ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsində deputatlığa namizədliyini irəli sürmüş E.Quliyev “ölkə boyunca kütləvi saxtakarlığa” etiraz edir.

Bu gün bir qrup deputatlığa namizəd yenidən MSK-nın binasına gələrək bir neçə dairədə səsvermənin nəticələrinin ləğvini tələb edib.

Polis onların toplaşmasına icazə verməyib və binadan uzaqlaşdırıb.

27-02-2020, 04:29