Hikmət Hacıyev beynəlxalq media nümayəndələri ilə nələri müzakirə edib?-İstanbulda


Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. 

7GUN.az xəbər verir ki, sentyabrın 8-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media qurumlarının nümayəndələri ilə görüşərək müzakirələr aparıb. Prezidentin köməkçisi özünün “Twitter” səhifəsində görüşlə bağlı yazıb: “İstanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşmək və açıq dialoq aparmaq çox xoş idi. Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr apardıq”.

Keçirilən görüşlərin əhəmiyyətini vurğulayan Hikmət Hacıyev deyib ki, biz media sahəsinin müxtəlif istiqamətləri üzrə ətraflı müzakirələr apardıq. Düşünürük ki, əməkdaşlıq üçün böyük potensial vardır. Türkiyə son dövrlərdə sənədli və bədii filmlərin hazırlanması sahəsində böyük təcrübə qazanıb. Türkiyə televiziyaları istər texnologiya, istərsə də kontent yaradılması baxımından yaxşı imkanlara malikdir. Bu xüsusda əməkdaşlıq üçün geniş imkanlar və böyük resurslar vardır. 

8-09-2020, 10:41