Tanınmış jurnalistlə bağlı məhkəməyə müraciət olundu- FETÖ qalmaqalı böyüyür


Aygün Muradxanlı: FETÖ təmsilçisinə fəxri konsulluq vəd etmişdi

İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov xanım jurnalisti məhkəməyə verib.

Bu haqda internet mediaya Rasim Məmmədovun vəkili Vamiq Şükürov məlumat verib.

Vəkil bildirib ki, böhtan atma, şərəf və ləyaqəti alçaltma iddiası ilə Sabunçu rayon məhkəməsinə müraciət ediblər, iş artıq icraata götürülüb. İlk məhkəmə prosesi fevral ayının 8-nə təyin edilib.

Vamiq Şükürov əlavə edib ki, Aygün Muradxanlı bir neçə müddət öncə Rasim Məmmədova qarşı feysbuk və yutub platformalarında separatçılıq, dələduzluq və digər ciddi ittihamlar irəli sürüb.

7GUN.az-ın məlumatına görə, məsələ ilə Aygün Muradxanlı AzNews.az saytına bildirib ki, həmin şəxs İsveçrədə Prezidentin adından FETÖ təmsilçisinə fəxri konsulluq vəd edir, birilərindən Taleh Bağırzadənin adını əfv siyahısına saldırmaq üçün külli miqdarda pul alır.

"Özünü Prezidentin yaxın çevrəsindəki generalın adamı kimi təqdim edib məmurları şantaj edir. Halbuki o generalla çox uzaq qohumdurlar və əminəm ki, həmin general adından bu şəkildə istifadədən xəbər tutsa, özü onu məhkəməyə verər. Bu faktları bilən bir jurnalist necə susa bilər? Biz həmin reportajda dediklərimizlə bağlı videomateriallar təqdim etmişik. Əminəm ki, bu məhkəmə Rasimin də üzv olduğu, FETÖ paralarının Qırğızıstandan Avropaya daşımaq, bununla da Türkiyə-Azərbaycan münasibətlərini pozmaq istəyən örgütün həbsi ilə başa çatacaq”.


1. 7GÜN XƏBƏR qəzetinin Facebook səhifəsini bəyənin və abunə olun

2. 7GÜN XƏBƏR qəzetinin İnstagram səhifəsini bəyənin və abunə olun

3. 7GÜN XƏBƏR qəzetinin YouTube kanalını bəyənin və abunə olun

26-01-2021