BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Siyasi məhbsulara təzyiqlərin olduğu bildirilir

22
  • + A
  • - A
  • Siyasi məhbsulara təzyiqlərin olduğu bildirilir

    Hüquq müdafiəçiləri siyasi məhbus hesab etdikləri bir çox məhbuslara təzyiqlər olduğunu bildirir. Bunlar Qiyas İbrahim, Bayram Məmmədov, İlkin Rüstəmzadə, İlqar Məmmədov, Abbas Hüseyn, Taleh Bağırzadə, Məmməd İbrahim, Fikrət Fərəməzoğlu və digərləridir.
    Ailəsi Rəşad Ramazanovun həyatından narahatdır
    Hüquq müdafiəçisi Samirə Ağayeva bildirir ki, bu günlərdə 9 il müddətinə azadlıqdan məhrum edilən bloğer Rəşad Ramazanov ciddi təhlükə ilə üz-üzədir.
    “Rəşad Ramazanov 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Həyat yoldaşı Könül İsmayılova sosial şəbəkələrdə Rəşadın çətin durumu barədə dəfələrlə yazıb. O, qeyd edir ki, Rəşad ac-sussuz saxlanılır, mütəmadi olaraq karsa salınır və digər təzyiqlərlə üzləşir. O, Rəşadın həyatından ciddi narahatlığını bildirib. Dəfələrlə müəssisənin rəisi Şakir Qəniyevə rəsmi qaydada müraciət etsə də, ondan heç bir cavab almayıb.
    Qeyd edim ki, 2 saylı cəzaçəkmə müəssisəsində siyasi məhbuslardan Rəşad Ramazanov, İlqar Məmmədov, Qiyas İbrahim, Fikrət Fərəməzoğlu və Nicat Əliyev də saxlanılır”, o facebook səhifəsidə yazıb.
    İlkin Rüstəmzadə məhbəsdən yazır
    NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı İlkin Rüstəmzadə yazır ki, artıq 6-cı ildir həbsdədir.
    “İlk dəfədir ki, özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər böyük ehtiyacım var. Artıq boğuluram, nəfəs ala bilmirəm. Məni burda hər gün diri-diri öldürürlər. Heç kimə tətbiq olunmayan ən sərt məhdudiyyətlər, ən xırda məsələlərə ilişmələr, gündəlik didişmək məcburiyyətində qaldığım hər cür təxribatlar. Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki, gücüm çatmır. Əllərimi arxadan qandallayıb saçımı qırxdılar. Sonra zabitlərdən bir neçəsi gəldi ki, sənə qarşı yanlışlıq olub. Sənə qarşı bir də heç nə olmayacaq. Sakitlik cəmi 1 ay çəkdi. Bir aydan sonra yenə ilişmələr. Sıra yoxlamasına niyə çıxmırsan? Çıxmışam! Gəl izahat yaz. Töhmət, get.
    Tam güclərlə üstümə gəlirlər. Və bundan sonra nə olacağını bilmirəm.
    İsveçdə yaşayan qız dostuma zəng edirəm. Dərhal əməliyyatçılar gəlirlər. Bu haranın kodudur belə? Nə? İsveç? Xatalı ölkədir, olmaz. 2 ay əvvəl onurğamın üstündəki kistadan əməliyyat oldum. (Prezidentin imzalayacağı əfv sərəncamı ərəfəsi idi deyə mərhəmət dilənçisi kimi görünməmək üçün ailəmə 1 ay sonra məlumat verdim) Həkimin mənə əməliyyatdan sonrakı sözü: ”Bilirik əməliyyat olmusan, vəziyyətin də yaxşı deyil, amma yuxarıdan tibb hissəsində qalmağına icazə verilmir".
    İnformasiya çıxışım tam məhdudlaşdırılıb. Tam güclərlə üstümə gəlirlər. Və bundan sonra nə olacağını bilmirəm", Rüstəmzadənin adından yayılan müraciətdə qeyd edilir.
    Vəkil Tibb Müəssisəsində olub
    Vəkil Nemət Kərimli İlkin Rüstəmzadənin səhhətində yaranan problemlə bağlı iyulun 7-də Penetensiar Xidmətin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanovla görüşüb.
    Onun sözlərinə görə, Penetensiar Xidmət məhbusun səhhətində problem yarandığından xəbərdardır.
    “İftixar Qurbanov bildirdi ki, İlkin Rüstəmzadənin səhhətində problem yarandığından xəbərdardır. Rəis müavini dedi ki, sabah İlkin Rüstəmzadənin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə həkim göndəriləcək, o, müayinədən keçiriləcək və həkimin rəyinə uyğun olaraq tədbir görüləcək”, Kərimli deyib.
    Vəkilin sözlərinə görə, İlkin Rüstəmzadə uzun müddətdir nevrozdan əziyyət çəkir.
    “Nevrozun verdiyi fəsadlar nəticəsində mədə ağrıları var”, o qeyd edib.
    Penitensiar Xidmət: Məhbuslar qanunvericiiyə uyğun saxlanılır
    Öz növbəsində Penitensiar Xidmət bütün məhbuslaraın qanunverisiliyə və əsasnaməyə uyğun saxlanıldığını bildirir.
    “Cəzaçəkmə müəssisələrində hər hansı məhbusa qarşı ayrıseçkiliyə yol verilmir”, Penitensiar Xidmətin mətbuat xidməti bir qayda olaraq qeyd edir.
    Amerikaninsesi.org