Mehman Əliyev: "O, medianın digər problemləri ilə məşğul olsun"


Aynur Elgünəş: "Mətbuat Şurası reketlərə vəsiqə paylayırdı"

"Yadınızdadırsa, Mətbuat Şurası yarananda vahid vəsiqə paylanırdı. Sonra məlum oldu ki, o vəsiqəni alanların əksəriyyəti Mətbuat Şurasına üzv olan reketlərdir".

Bunu jurnalist Aynur Elgünəş Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun jurnalistlərə vahid vəsiqə verilməsi ilə bağlı fikirinə münasibət bildirərkən deyib.
Mehman Əliyev: "O, medianın digər problemləri ilə məşğul olsun"

O bilirib ki, vaxtilə Mətbuat Şurası bu vəsiqələri reket jurnalistlərə paylayıb: "Üstəlik, hökuməti dəstəkləyən, amma yazdığını, paylaşdığını özündən başqa heç kim oxumayan media əməkdaşlarına da bu vəsiqələr verilirdi. Guya MEDİA-nın icraçı direktoru yeni nəsə düşünüb, jurnalistlərə vahid vəsiqə verilməsini təklif edir. Maraqlıdır, bu dəfə o vəsiqələr kimə veriləcək - MEDİA-ya biət edənlərə, ya normal jurnalistlərə?".

7GUN.az-ın məlumatına görə, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev arqument.az-a deyib ki, Əhməd İsmayılov öz işi ilə məşğul olsa, yaxşıdır: "Dünya praktikasında belə bir şey yoxdur. Vəsiqəni öz əməkdaşına çalışdığı media orqan verməlidir. Bu, Əhməd İsmayılovun işi deyil. O, medianın digər problemləri ilə məşğul olsun. Mən media qurumun rəhbəriyəmsə, özüm bilərəm, vəsiqəni kimə verirəm, kimə vermirəm".
Mehman Əliyev: "O, medianın digər problemləri ilə məşğul olsun"

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov "Real TV”yə müsahibəsində deyib ki, jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklif edilə bilər: "Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və "Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik”.