7GUN.az-ın “Facebook”dakı adı dəyişdirilə bilər


“7GÜN XƏBƏR” qəzeti bir neçə ildir “Facebook” sosial şəbəkəsində 7gun.az adı ilə fəaliyyət göstərir. Səhifənin adında dəyişiklik edilməsi qərara alınıb.

Bu barədə media orqanının redaktoru Rafiq Şahbazov məlumat verib. O, qeyd edib ki, səhifə “7GÜN XƏBƏR” qəzeti adlanacaq.
“Əgər dəyişiklik baş tutarsa, bundan sonra “Facebook”dakı 7gun.az adı “7GÜN XƏBƏR” qəzeti adı ilə əvəz olunacaq. Artıq bu barədə “Facebook” adminstrasiyasına müracət göndərilib”-deyə o əlavə edib.