Ali Məhkəmə bloggerlərin kassasiya şikayətini təmin etmədi


7GUN.az “Turan”a istinadən xəbər verir ki, bu gün Azərbaycan Ali Məhkəməsi blogerlər Elçin Həsənzadənin və İbrahim Türksoyun kassasiya şikayətini təmin etməyib, onların diffamasiya ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm dəyişdirmədən saxlayıb.

Həsənzadə və Türksoy məhkəməyə gətirilməyib. Məhkəmədə onu vəkil Zibeydə Sadıqova təmsil edib, Türksoyu isə - Neymət Kərimli. Onlar blogerlərin Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 10-cu maddəsində zəmanət verilən ifadə azadlığına görə zərər çəkdiyini qeyd edərək, onlara bəraət verilməsini istəyiblər.

Həsənzadənin jurnalist araşdırmalarına görə təqibi digər media nümayəndələrinin də fəaliyyətinə mənfi təsir göstərəcək. Bundan başqa, müdafiə tərəfi Həsənzadənin səhhətindəki problemləri və onun ailəni dolandıran yeganə şəxs olduğunu və nəhayət, onun cəzasının yarısını çəkdiyini nəzərə almağı xahiş edib.

İndi müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Xatırladaq ki, bu il martın 2-də Şəkil Apellyasiya Məhkəməsi fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib.

Xüsusi ittiham qaydasında iddia şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev tərəfindən verilib. O, Həsənovun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. İddiaya sosial şəbəkələrdə məmur haqqında tənqidi nəşrlər səbəb olub.

Daha əvvəl Migəçevir məhkəməsi hər iki fəalı bir il islah işlərinə məhkum etmişdi, blogerlər hökmdən şikayət veriblər, amma apellyasiya məhkəməsi cəzanı real həbs cəzası ilə əvəz edib.

Həsənzadə eyni zamanda hüquq müdafiə fəaliyyəti ilə məşğul olurdu, keçmişdə isə Sumqayıtda dərc olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavini olub.