Mustafa Hacıbəyli: ''Dünəndən 3 dəfə prokurorluğa çağırılmışam''

Şrift : |
Tarix :11-07-2018, 21:09
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 290 dəfə
Like :
Like :

    Mustafa Hacıbəyli: ''Dünəndən 3 dəfə prokurorluğa çağırılmışam''


    Rəsmi qərar olmadan ''Basta'' saytına Azərbaycandan girişi bağladılar Bir neçə sayta qarşı Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlandığı bildirilir.
    Bu barədə "Bastainfo.az” saytının baş redaktoru Mustafa Hacıbəyli öz "Facebook” səhifəsində məlumat yayıb. İyulun 9 və 10-da Respublika Prokurorluğunda dindirilən jurnalistin sözlərinə görə, yenə də ifadə verməyə çağırılıb: "Dünəndən 3 dəfə prokurorluğa çağırılmışam. Dosye toplayırlar. Deyirlər, yenə çağıracağıq. Heç bir rəsmi qərar olmadan "Basta” saytına Azərbaycandan girişi bağladılar - blokladılar. Sayta yalnız TOR brauzerdən girmək olur”.
    Mustafa Hacıbəylinin sözlərinə görə, prokurorluğun "Basta”ya qarşı bütün ittihamları əsassızdır: "Heç vaxt qanunu pozmadıq və qanunsuz çağırış etməmişik. Mənbə göstərmədən və yoxlamadan heç bir yazı dərc etməmişik. Bizə qarşı bu qərarlar və ittihamlar Azərbaycanda söz azadlığının boğulması istiqamətində atılan növbəti addımlardır”. "Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəyli iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Sonradan onu Bakı Şəhər Prokurorluğuna dəvət ediblər. Son iki gündə baş redaktor 3 dəfə dindirilib. İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!