Polis polkovnikinin öldürülməsində şübhəli bilinən şəxs zərərsizləşdirilib

Şrift : |
Tarix :13-07-2018, 02:03
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 282 dəfə
Like :
Like :

    Polis polkovnikinin öldürülməsində şübhəli bilinən şəxs zərərsizləşdirilib

    İyulun 13-də səhər saatlarında Şəmkir rayonunda hüquq-mühafizə orqanları tərəfindən iyulun 10-da Gəncədə polis polkovnikinin öldürülməsində şübhəli bilinən Rəşad Böyükkişiyev öldürülüb.
    Baş Prokurorluq, DİN və DTX-nin məlumatına görə, Gəncə polis rəisinin müavininin öldürülməsində şübhəli bilinən şəxsin Şəmkir rayonunun Moranlı kəndində olduğu müəyyən edilib. Böyükkişiyevin saxlanılması əməliyyatı zamanı o, silahlı müqavimət göstərib və öldürülüb.
    Mənbənin məlumatına görə, bir müddət əvvəl Gəncədə polislərə hücum edənlərdən biri - Samir İbrahimov həbs edilib. Bundan əvvəl hüquq keşikçiləri iğtişaşların daha 10 iştirakçısını saxlayıb.
    Qeyd edək ki, dünən DİN, DTX və Baş Prokurorluq rəhbərləri Gəncəyə gəliblər, onlar hadisə yerində əməliyyat-axtarış tədbirlərinə rəhbərlik edirlər.
    Xatırladaq ki, iyulun 10-da axşam Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncədə vətəndaşların icra hakimiyyəti başçısı Elmar Vəliyevin istefası tələbi ilə kütləvi etirazları baş verib. Vətəndaşların polislə qarşıdurması zamanı iki zabit - Gəncə şəhərinin və rayonlardan birinin polis rəislərinin müavinləri öldürülüb.
    Hakimiyyət etirazçıları ölkədə sabitliyi pozmağa çalışan İranpərəst radikallar adlandırmağa tələsib. Amma bunun heç bir dəlili göstərilməyib, iyulun 3-də yerli sakin Yunis Səfərov tərəfindən güllələnən mer Elmar Vəliyevin özbaşınalığına və qanunsuz əməllərinə qiymət də verilməyib.


Xəbər lenti

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!