"Ölkədə işgəncənin kökünü kəsmək və Komitənin tövsiyələrini tam həcmdə yerinə yetirmək üçün tədbirlər görməsinin vaxtı çatıb"

Şrift : |
Tarix :17-07-2018, 22:20
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 208 dəfə
Like :
Like :

    "Ölkədə işgəncənin kökünü kəsmək və Komitənin tövsiyələrini tam həcmdə yerinə yetirmək üçün tədbirlər görməsinin vaxtı çatıb"

    Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə altı səfərinin nəticələri əsasında Azərbaycan hökumətinin də cavabları daxil olmaqla hesabatını açıqlayıb.

    Bununla Komitənin Azərbaycana səfərləri ilə bağlı bütün hesabatları ictimaiyyət üçün açıqlanmış olur.

    Komitənin Azərbaycanda vəziyyətlə bağlı ümumi təəssüratı ondan ibarətdir ki, işgəncə, polis və başqa hüquq-mühafizə orqanları və ordu tərəfindən pis rəftarın bütün formaları, bütün hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq halları sistematik, geniş yayılmış və müntəzəm şəkildə davam edir.

    Hesabatda bildirilir ki, 2017-ci ildə xüsusi səfərin nəticələri müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ümmiləşdirilmiş zorakılıq mədəniyyətinin mövcud olduğunu deməyə əsas verir.

    Bununla yanaşı, cəzasızlıq və pis rəftarla bağlı iddiaların düzgün araşdırılmaması, eləcə də saxlanan məhbusların vəkillə və həkimlə təmin olunması, saxlanma haqda məlumat verməsi və informasiya almaq hüququ da daxil olmaqla, hüquqi qarantiyaların təmin edilməməsi kimi ciddi problemlər qalmaqdadır.

    Bundan başqa, qanunvericilikdə islahatlara və köhnə həbsxanaların yenilənməsi və yeni həbsxanaların yaradılması səylərinə baxmayaraq, həbsxanaların həddindən artıq doluluğu, pis maddi şərait, qeyri-adekvat tibbi xidmət tədbirlərinin olmaması (xüsusən, ömürlük həbsə məhkum edilənlər üçün) və yetərsiz və əmək haqqı aşağı olan həbsxana heyəti problemi var. Bu problemlər korrupsiyaya qarşı mübarizəni və məhbuslar arasında zorakılığı artırır.

    Açıqlanmış hesabatda həmçinin Azərbaycanda psixiatriya klinikalarında və sosial yardım evlərində ağır durum qeyd edilib. Burada yoxsul yaşayış şəraiti, həmçinin xəstələr arasında (xüsusilə Gəncə Psixiatriya Klinikası) zorakılıqlar və məcburi gətirilən xəstəxələr üçün effektiv hüquqi təminatların olmaması vurğulanıb.

    İşgəncələr Əleyhinə Komitənin dəfələrlə verdiyi tövsiyələrə baxmayaraq, qadınların əməkdaşlar tərəfindən amansız davranışa və sakinlərin fiziki hücumlarına məruz qaldığı Göygöl rayonunun Kırıklı bölgəsində 3 saylı psixoloji-nevroloji sosial xidmət institutunda da vəziyyət qeyri-kafi olaraq qalıb. İnstitut əməkdaşlarının sayı həddindən artıq yetərsizdir, elə terapevtik müalicə də, əvvəlcədən yerləşdirmə və müntəzəm nəzarət hüquqi proseduru isə təcrübədə tətbiq edilmir.

    Bununla belə, İşgəncələr Əleyhinə Komitə Azərbaycan rəsmilərinin bu hesabatların hamısının açıqlanması qərarını alqışlayıb. Komitə bunun qaldırılan ciddi məsələlərin həllində şəffaflığa dair yeni öhdəliyə işarə ola bildiyini bildirib.

    "Azərbaycanın indiyə qədər məxfi saxlanan bu hesabatlarının hamısını açıqlamaq qərarı böyük bir irəliləyişdir. Bu, Azərbaycanla əməkdaşlığın yeni dövründən xəbər verir və rəsmilərin Komitə ilə dialoqu aktivləşdirmək və Komitənin qaldırdığı ciddi problemlərin həllinin effektiv ünvanlanması istəyinə işarə edir", deyə Komitənin prezidenti Mikola Qnatovski bildirib.

    "Azərbaycan hakimiyyətinin ölkədə işgəncənin kökünü kəsmək ve Komitənin tövsiyələrini tam həcmdə yerinə yetirmək üçün tədbirlər görməsinin vaxtı çatıb", deyə o qeyd edib. İlk addım kimi, o, əvvəllər də dəfələrlə bildirdiyi kimi, Komitə ölkədə ən yüksək səviyyəli siyasi hakimiyyətin işgəncələrə və insanlara qarşı amansız davranışın digər formalarına qarşı "sıfır dözüm" haqqında açıq, möhkəm və birmənalı bəyanat verirlər.

    "Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq işgəncələrin qadağan edilməsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün İƏK ölkə hakimiyyəti ilə əməkdaşlığını davam etdirməyə ümid edir", deyə Komitə prezidenti bildirib.
    Turan.az

    https://vimeo.com/280216754/a40d9642bd


Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!