Yollarda ödənişli yolun başlaması və bitməsi nişanları quraşdırılacaq » www.7GUN.az
BÖLMƏLƏR


«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
7 GÜN TV
XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

Yollarda ödənişli yolun başlaması və bitməsi nişanları quraşdırılacaq

23
  • + A
  • - A
  • Yollarda ödənişli yolun başlaması və bitməsi nişanları quraşdırılacaq

    Azərbaycanda ödənişli yollarda hərəkət qaydaları müəyyən edilib. Belə ki, ödəniş tələb olunan yollarda ödənişli yolun başlaması və bitməsi nişanları quraşdırılacaq.

    Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması"nda qeyd edilib.

    Məlumat və yol nişanları Azərbaycan dilində quraşdırılır, operatorun istəyinə əsasən, xarici dildə də (ingilis dilində) təqdim ediləcək. Eyni zamanda, məlumat operator tərəfindən istifadəçilərin nəzərinə operatorun internet saytı vasitəsilə, istifadəçinin tələbi ilə ödəniş haqqının alındığı məntəqələrdə çatdırılacaq.

    İstifadəçiləri təqdim olunan xidmətlər haqqında məlumatlandırmaq məqsədi ilə operator ödənişli avtomagistralın sahibi ödənişli avtomagistralın başlanğıc məntəqəsinin və ödəniş haqqının alınması məntəqələri qeyd olunmaqla ödənişli avtomagistralın sxemi və alternativ ödənişsiz hərəkət marşrutu haqqında məlumatı təqdim edəcək.

    Xatırladaq ki, Azərbaycanda hələ ödənişli avtomagistral yoxdur. Amma belə ödənişli yollardan biri kimi tam istifadəyə verildikdən sonra Bakı-Ələt-Astara-İran sərhədi yolu nəzərdə tutulur.

    Ödənişli yolun hər kilometri minik və yük avtomobillərindən asılı olaraq, 4-7 qəpik müəyyən ediləcək, sürət həddi hələlik saatda 110 km/saat təklif edilib.

    Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bildirib ki, avtomagistrallarda hərəkət "Avtotmobil Yolları haqqında" qanunla tənzimlənir və bu qanunda pullu yollar nəzərdə tutulub.

    Ekspert hesab edir ki, belə yolların olmasının əsas şərti həmin yola alternativin olmasıdır, yəni, pullu yolu əvəz edəcək yol yoxdursa, həmin yol pullu ola bilməz.

    "Həm də həmin alternativ yol pullu yol qədər rahat olmalıdır".

    Ə.Hüseynov deyir ki, yolun pullu olması barədə qərarı dövlət verir.

    "Bu yol dövlət yolu da, bələdiyyəyə məxsus yol da, özəl yol da ola bilər".

    Hüseynovun fikrincə, pullu yollarda ödənişin həcmi vətəndaşlar üçün əlçatan olmalıdır.

    "Dünya təcrübəsində bu ödəniş hər kilometr üçün 3-5 qəpik arasında dəyişir", deyə o qeyd edib.