Zəfər Əhmədli saxlanıldı-ÖZƏL


Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvü Zəfər Əhmədli az öncə polis əməkdaşları tərəfindən saxlanılıb.

7GUN.az-ın əldə etdiyi məlumata görə Zəfər Əhmədli bu dəqiqələrdə Xətai rayonunda məhkəmə qarşısına çıxarılacaq. Onun nədə ittiham olunması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Zəfər Əhmədli hazırda həbsdə olan siyasi məhbus Fuad Əhmədlinin atasıdır.

Aygün Mustafayeva

27-07-2018, 03:58