"Bununla bağlı tələb etmişəm ki, mənə qarşı həbs qətiimkan tədbiri seçilsin ki, bu da işə məcburi qanunsuz baxılma kimi qeydə alınacaq" - A.İsmayılov

Şrift : |
Tarix :31-07-2018, 23:59
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 201 dəfə
Like :
Like :

    "Bununla bağlı tələb etmişəm ki, mənə qarşı həbs qətiimkan tədbiri seçilsin ki, bu da işə məcburi qanunsuz baxılma kimi qeydə alınacaq" - A.İsmayılov

    Tanınmış hüquqşünas, "Viza" hüquq firmasının rəhbəri Aslan İsmayılov məhkəmə çəkişməsinin qanun çərçivəsində Binəqədi Rayon Məhkəməsindən başqa məhkəməyə keçirilməsini tələb edib.

    A.İsmaylov by barədə bu gün məhkəmə iclası başlamazdan öncə hakim Mirhüseyn Heydərova bildirib. Belə ki, məhkəmə iclasında Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin 2017-ci il oktyabrın 16-da polis tərəfindən qaldırılmış 221-ci maddə (xuliqanlıq) üzrə cinayət işi çərçivəsində şikayətinə baxılacaq.

    R.Əliyev bildirib ki, oktyabrın 2-də məhkəmə iclası zamanı A.İsmayılov xuliqanlıq törədib.

    A.İsmayılov xuliqanlıq faktını inkar edərək iddiaçının və polisin işi saxtalaşdırdığını deyib. O, buna sübut kimi Turana bildirib ki, polisə şikayət haqda materiallar hələ 2017-ci il oktyabrın 1-də Binəqədi məhkəməsinin işçiləri tərəfindən hazırlanıb.

    Bu gün iclas başlamazdan öncə A.İsmayılov işin başqa məhkəməyə verilməsini tələb edərək zalı tərk etmək istəyib. Ancaq onun zalı tərk etməsinə imkan verilməyib.

    "Bununla bağlı tələb etmişəm ki, mənə qarşı həbs qətiimkan tədbiri seçilsin ki, bu da işə məcburi qanunsuz baxılma kimi qeydə alınacaq", - A.İsmayılov Turan-a bildirib.

    Turan.az


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!