BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Müdafiə tərəfi fəalın ev dustaqlığına buraxılması barədə vəsatət qaldıracaq-Siyasət

106
  • + A
  • - A
  • Müdafiə tərəfi fəalın ev dustaqlığına buraxılması barədə vəsatət qaldıracaq-Siyasət
    Müdafiə tərəfi fəalın ev dustaqlığına buraxılması barədə vəsatət qaldıracaq

    Dünən Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Mirfeyzulla Seyidovun həbsilə bağlı şikayəti təmin etməyib. Müdafiə tərəfi ağır xəstə olan fəalın ev dustaqlığına buraxılması barədə vəsatət vermək niyyətindədir.

    Vəsatət mayın 23-də təqdim olunacaq. Bu barədə vəkil Cavad Cavadov bildirib.

    Onun sözlərinə görə, Apellyasiya Məhkəməsində M.Seyidov ittihamla razı olmadığını bildirib və səhhətinin ağır olması ilə əlaqədar azadlığa buraxılmasını xahiş edib.

    M.Seyidov mayın 9-da saxlanılıb. Növbəti gün məhkəmə onu qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək 4 ay müddətinə həbs edib. AXCP-dən bildiriblər ki, M.Seyidov siyasi motivlərlə təqib olunur. Turan.az