Əmlakları qanunsuz yolla ələ keçirilən ailə İlham Əliyevə müraciət etdi -VİDEO » www.7GUN.az
BÖLMƏLƏR

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
7 GÜN TV
XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

Əmlakları qanunsuz yolla ələ keçirilən ailə İlham Əliyevə müraciət etdi -VİDEO

13
  • + A
  • - A
  • Əmlakları qanunsuz yolla ələ keçirilən ailə İlham Əliyevə müraciət etdi -VİDEO

    Yasamal rayon Bəşir Səfəroğlu küçəsi 14 -də yaşayan Cavadzadə Fazil Tahir oğlu, Cavadova Yaqut Səfəralı qızı və Babayeva Umeyla Məşədi Əli qızı bildiriblər ki, onlara aid olan ərazi yaxın qohumları tərəfindən qanunsuz yolla ələ keçirilərək satılıbdır.

    7GUN.az Azerbaycanrealligi.com-a istinadən xəbər verir ki, bununla bağlı kömək dövlət başçısı İlham Əliyevdən və 1-ci vitse prezident Mehriban Əliyevadan kömək istəyən Cavadzadə Fazil Tahir oğlu bildirib ki, Aydəmirov Musa Aydəmir oğlunun onlara miras buraxdığı böyük bir ərazini yaxın qohumları qanunsuz yol ilə öz adlarına keçirərək satıblar. Bununla bağlı dəfələrlə dövlət başçısına və 1-ci vitse prezident Mehriban Əliyevaya müraciət etsələr də heç bir cavab almadıqlarını deyən Fazil Cavadzədə bildirib ki, qanunsuzluq edən tərəflər onlara deyib ki, kimə şikayət edirlərsə etsinlər, hüququ pozulan ailə isə onların hüquqlarının bərpa ediləmisini dövlət qurumlarından və dövlət başçısından növbəti dəfə xahiş edirlər.

    1941-ci təvəllüdlü Cavadova Yaqut Səfəralı qızı adı çəkilən ünvanda anadan olduğunu bildirib: Mən Cavadova Yaqut Səfəralı qızı 1941-ci ildə bu həyətdə anadan olub, bu həyətdə böyümüşəm. İndi kimlərsə bizə demədən bu həyəti satıblar. Mən prezident İlham Əliyevdən xahiş edirəm ki, bizə köməklik etsinlər.

    Babayeva Umeyla Məşədi Əli qızı 17 yaşında bu ünvanda gəlin olduğunu deyib: "Mən Babayeva Umeyla Məşədi Əli qızı 17 yaşımdan bu həyətdə gəlin olmuşam, 7 uşaq anasıyam. Mənim bu ünvanda vərəsəlik payım var və prezident İlham Əliyevdən xahiş edirəm ki, bizlərə köməklik etsin.