Çingiz Cəlilov barəsində hökm oxunub


Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka" fast-fud şəbəkəsinin təsisçisi Çingiz Cəlilov barəsində hökm oxunub.

Məhkəmə onu CM-in 179.3.2-ci (böyük ölçüdə mənimsəmə və ya israf) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilib. Prokuror Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İstintaq materiallarına əsasən, Cəlilov Standart Bank-ın keçmiş rəhbəri Səlim Krimanla əlbir olaraq, əmlakı girov qoyaraq, 21 874 000 manat məbləğində kredit götürüb. Amma bu əmlakın qiyməti şişirdilib.

Kreditin məqsədi kimi bağ alınması, mənzil təmiri, torpaq sahəsi alınması göstərilib. Sənədlər Cəlilovun özünün və ona yaxın insanların adına rəsmiləşdirilib.

Nəticədə, kreditlər yenidən strukturlaşdırılıb və 14 mln. manata yaxın vəsait mənimsənilib və Cəlilov və Kriman arasında bölünüb.

Xatırladaq ki, "Çudo Peçka" şəbəkəsi 2000-ci illərin əvvəllərində yaradılıb və bir neçə il uğurla inkişaf edərək, Bakıda aparıcı şəbəkəyə çevrilib. Amma bir neçə il sonra şəbəkə Bank Standart-ın borcu üçün satılıb, sonradan mövcudluğuna son qoyub.

Turan

8-08-2018, 23:49