Həbsdə olan bloqçunun şərti azalığa buraxılması üçün məhkəməyə müraciət edilib


Hazırda həbsdə olan bloqçu Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edilib.

7GUN.az xəbər verir ki, bu barədə “BBC Azərbaycanca”ya onun vəkili Şəhla Hümbətova məlumat verib.

Onun sözlərinə görə, bloqçu cəza müddətinin yarısını çəkdiyi üçün belə müraciət edilib.

Vəkil deyib ki, müraciət avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

“Belə müraciətlərə 10 gün ərzində baxılır. Mən iki gündür Qaradağ Rayon Məhkəməsinə zəng edirəm, telefonları götürən yoxdur deyə soruşa bilmirəm. İş Qaradağ Rayon Məhkəməsindədir, amma hansı hakim baxacaq, nə vaxt baxılacaq, onu bizə deyəcəklər”.

15-08-2018, 01:10