DAS Angela Merkelin iqamətgahının qarşısında etiraz aksiyası keçirəcək


"Demokratik Azərbaycanı Seç" (DAS) təşkilatı avqustun 22-də Berlində Almaniya kansleri Angela Merkelin iqamətgahının qarşısında etiraz aksiyası keçirəcək.

7GUN.az xəbər verir ki, bu barədə DAS Facebook səhifəsində məlumat yayıb.

Aksiya "Siyasi məhbuslara azadlıq!", "Kürü diplomatiyasına yox!", "İnsan hüquqlarını neft maraqlarına qurban verməyin!" şüarları ilə keçiriləcək.

Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. O, avqustun 25-də Azərbaycana gələcək.

"Demokratik Azərbaycanı Seç" təşkilatı (DAS) 3 iyun 2018-ci ildə Almaniyada yaşayan bir qrup mühacir azərbaycanlı tərəfindən təsis edilib.

Aygün Mustafayeva

15-08-2018, 01:22