Bəhruz Bayramov Murad Əbilovla bağlı məhkəməyə müraciət edib


"Azadlıq” qəzetinin və "Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov ilə bağlı məhkəməyə müraciət edilib.


7GUN.az 24saat.org-a istinadən xəbər verir ki, bunu Murad Ədilovun vəkili Bəhruz Bayramov açıqlayıb.

Onun sözlərinə görə, M.Ədilovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət olunub.

Murad Ədilov 2014-cü ilin avqustun 11-də yaşadığı Sabiabad rayonunun Xəlfəli kəndində saxlanılıb. Daxili İşlər Nazirliyi onun üzərindən və evindən "külli miqdarda narkotik” götürüldüyünü açıqlayıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi 2015-ci il mayın 14-də M.Ədilovun Cinayət Məcəlləsinin 234.4.3-cü (külli-miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

O ittihamları qəbul etməyib, qardaşı Natiq Ədilovun jurnalist və siyasi fəaliyyətinə görə həbs edildiyini bəyan edib.

Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Xatırladaq ki, bir neçə gün əvvəl bloger Mehman Hüseynovun da azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edilib və proses avqustun 24-də keçiriləcək.

20-08-2018, 00:33