Oqtay Gülalıyev KXCP- nin xilas yolunu açıqladı


"Gənclərə yol verin, xalqa yaxın olun"

Bu barədə hüquq müdafiəçisi şəxsi feysbuk səhifəsində məlumat yayıb. 7GUN.az həmin məlumatı təqdim edir

"Dostumuz Elshen Elisoy 22 avqustda Əbülfəz Elçibəyin vəfat günü ilə bağlı 2 fərqli foto yayıb. Fotolar KXCP- nin və AXCP- nin ziyarəti ilə bağlıdır. Fotolara baxıb həm sevindim, həm də üzüldüm...

Oqtay Gülalıyev KXCP- nin xilas yolunu açıqladı
Oqtay Gülalıyev KXCP- nin xilas yolunu açıqladı

Sevindim ona görə ki, şəkildən də göründüyü kimi AXCP və Milli Şuranın təşkilatçılığı ilə yüzlərlə insan Fəxri Xiyabana gələrək böyük coşqu və sevgi ilə Əbülfəz bəyi ziyarət etdi. Bu ziyarət həm də onu göstərdi ki, ötən 25 ildə hakimiyyətin fasiləsiz apardığı əks təbliğata baxmayaraq minlərlə insan hər il Elçibəyi yad etmək üçün onun məzarı başına toplaşır. Bütün qadağalara, şər- böhtanlara rəğmən ona olan sevgisini göstərir...

Üzüldüm ona görə ki, Elçibəyin yaratdığı, sədri olduğu əsas təşkilatlardan biri KXCP 15- 20 nəfərlə Fəxri Xiyabanda onu çox sönük şəkildə ziyarət edir. Özü də bu hal artıq son zamanlar adət halını almaqdadır. Bir anlıq təsəvvür edək ki, AXCP- Milli Şura Əbülfəz bəyi ziyarətə getməyəydi. Onda KXCP- ni idarə edənlərin səriştəsiz, bacarıqsız yönətimi ucbatından elə görünməzdi ki, Elçibəyi Fəxri Xiyabanda ziyarət etməyə gələnlərin sayı barmaqla sayılası qədərdir? Budurmu sizin idarəetmə bacarığınız, budurmu sizin Elçibəy sevginiz?

Bu insanlar hələ də fərqində deyillərmi ki nəsil dəyişməlidir, təşkilat yenilənməlidir? Bu insanlar görmürlərmi ki, təşkilatı idarə edə bilmirlər? O nəhənglikdə olan qurumu (AXCP parçalananda çoxluq say baxımdan KXCP- nin tərəfində idi- red.) məhv ediblər, öldürüblər? Bu insanlar doğurdanmı dərk etmirlər ki artıq onların çağırışına nəinki xalq, heç 10- 15 nəfərdən savayı partiya üzvləri də gəlmir? Niyə bu insanlar vaxtında, urvatla partiya rəhbərliyindən getmirlər?

Ölkədən kənarda olduğum üçün Əbülfəz bəyin ziyarətində iştirak edə bilmədim. Amma üzvü olduğum, Elçibəyin adına, ideloji- siyasi irsinə iddia edən bir təşkilatın onun qəbrini bu formada ziyarət etməsi çox üzücü haldır. Ancaq inanıram ki, KXCP- ni hazırkı böhran vəziyyətindən çıxarmaq mümkündür. Bunun çox sadə yolu var: gənclərə dəstək verib xalqa yaxın olmaq lazımdır.

Müqayisə üçün AXCP Gənclər Komitəsinin də ziyarət fotosunu əlavə edirəm. Baxın...

Allah Əbülfəz bəyə rəhmət eləsin. Bizə isə güc- qüvvət versin ki, onun arzuladığı Azad, Demokratik, Bütöv Azərbaycanı qura bilək!"
Oqtay Gülalıyev KXCP- nin xilas yolunu açıqladı

24-08-2018, 19:15