Tanınmış hüquq müdafiəçisi mərhum siyasi məhbusun evində olub-FOTOLAR


"Tarix və xalqımız Mehman Qələndərov kimi qəhrəmanları rəhmətlə, onların qatillərini lənətlə anacaq..."

7GUN.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində paylaşdığı yazıda qeyd edib. O, bildirir ki, keçən ilin aprel ayında Bakı İstintaq Təcridxanasında həyatına müəmmalı şəkildə son qoyulmuş siyasi məhbus Mehman Qelenderovu yad etmək üçün onun Tbilisidə vaxtı ilə yaşadığı evdə oldum. Yerli fəallarla birlikdə onun yaşadığı yataqxana tipli hosteldə olduq: "Qaldığı otağa, yatdığı çarpayıya baş çəkdik. Dostlarla bir yerdə onu yad edib Allahdan rəhmət dilədik...

Mən birinci dəfə idi Tbilisidə və Mehman Qələndərovun yaşadığı hosteldə olurdum. Həmin hostel 7- 15 nəfərin bir yerdə yaşadığı köhnə, təmirsiz, imkansız bir yerdir. Mehman bəy burda bir müddət çox imkansız vəziyyətdə yaşayıb. Dəfələrlə müraciət etsə də beynəlxalq təşkilatlar ona heç bir maddi və mənəvi dəstək göstərməyib. Çox üzücü mənzərədir. Çarəsiz durumda olan Mehman Bakıya qayıdır. Şərlənib həbs olunur və həbsxanada onun həyatına son qoyurlar...

Faciəli ölümündən 1 il 4 aydan sonra çox dərin iztirab və üzüntü ilə Mehman Qələndərovun Tbilisidə ehtiyac üzündən qaldığı köhnə, kasıb otağını, çarpayısını ziyarət edirik. Əlbəttə bu ziyarətimiz heç nəyi həll etmir. Mehman bəyi yenidən həyata qaytarmayacaq. Amma bu ziyarətimiz həm də o deməkdir ki, biz Mehman Qələndərovu unutmadıq. Nə onu öldürənləri, nə də bu cinayətləri əsla unutmadıq və unutdurmağa qoymayacayıq. Vaxt gələcək Mehman Qələndərovun timsalında günahsız, şərlənib həbs olunan, həyatına son qoyulan hər bir şəxslə bağlı məhkəmə qurulacaq. Onların həbsinə, ölümünə səbəb olan və bu cinayətləri həyata keçirən hər bir şəxs mütləq cavab verəcək...

Tarix və xalqımız Mehman Qələndərov kimi qəhrəmanları rəhmətlə, onların qatillərini lənətlə anacaq...

Allah Mehman Qələndərova, Firəngiz Hüseynovaya, Elnur Fərəcova, Elmar Hüseynova, Rasim Əliyevə və digər demokratiya şəhidlərinə rəhmət eləsin!"-deyə hüquq müdafiəçisi bildirib.

Tanınmış hüquq müdafiəçisi mərhum siyasi məhbusun evində olub
Tanınmış hüquq müdafiəçisi mərhum siyasi məhbusun evində olub
Tanınmış hüquq müdafiəçisi mərhum siyasi məhbusun evində olub

24-08-2018, 19:49