Almaniyanın ombudsmanı Merkelin Bakı səfəri ərəfəsində nələri qabartdı?


Almaniyanın ombudsmanı Merkelin Bakı səfəri ərəfəsində nələri qabartdı?

Almaniya kansleri Angela Merkelin Bakıya səfəri ərəfəsində bu ölkənin insan haqları üzrə müvəkkili – ombudsman Barbel Kofler Azərbaycanda insan haqları sahəsində vəziyyətin ağırlığına diqqət cəlb edib.

Barbel avqustun 24-də yerli jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq, mətbuat və söz azadlığı kimi hüquqları hələ də pozulur. Ölkədə insan haqları ilə bağlı vəziyyət ümumilikdə problemlidir. Müxalifət nümayəndələri, insan hüquqları müdafiəçiləri və tənqidçi jurnalistlər həbs və təhdidlərə, eləcə də bir sıra hallarda siyasi hakimiyyətdən asılı olan məhkəmələrin təqibinə məruz qalır. Hökuməti açıq şəkildə tənqid edənlər həbs olunur və ya işdən çıxarılır. Ölkəni tərk etmiş siyasi fəalların ölkədəki ailə üzvləri və qohumlarına təzyiq olunur. Bütün bunlara görə, Almaniyanın Azərbaycan hakimiyyəti ilə daimi və birbaşa ünsiyyətdə olması vacibdir.

Barbel sonda qeyd edib ki, Almaniya hökuməti və Avropa Birliyi bu ölkədə insan hüquqlarına hörmət etmək lazım olduğunu xatırlatmaq üçün Azərbaycanda öz kommunikasiya kanallarından istifadə etməlidir. /azadliq.info/

24-08-2018, 20:14