BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

DİN-dən açıqlama: Həmin şəxs sağ-salamatdır

25
  • + A
  • - A
  • DİN-dən açıqlama: Həmin şəxs sağ-salamatdır
    Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

    7GUN.az-ın məlumatına görə, DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report”un sorğusuna cavab olaraq deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

    O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb: "Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin vəkili məlumat yayacaq”.

    Qeyd edək ki, Rusiya vətəndaşı olan S.Rüstəmov Şəmkirdə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

    Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.