Muxtar Babayevin sərxoş əməkdaşları 1 manata görə şəhid qızını maşınla vurdular – QUBADA İLGİNC OLAY

Şrift : |
Tarix :27-08-2018, 01:50
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 477 dəfə
Like :
Like :

    Kəlbəcər rayonundan məcburi köçkün olan və Bakı şəhərində məskunlaşmış şəhid qızı Rüstəmova Elnarə Vilayət qızı tərəfindən Savash.org-un redaksiyasına şikayət məktubu daxil olub.

    Bir surəti də Ekologiya və Təbi Sərvətlər Naziri cənab Muxtar Babayevə ünvanlanan şikayət məktubunu diqqətinizə çatdırırıq:

    “Mən Kəlbəcər şəhidi Vilayət Rüstəmovun qızıyam.Həyat yoldaşım 1-ci qrup Qarabağ müharibəsi əlili Əzim Məhəmmədi ürək tutmasından vəfat edib. Üç azyaşlı uşağımı güclə dolandırıam.23 avqust 2018-ci il tarixdə Quba rayonundan kömür alıb aparan zaman Ekologiya və Təbi Sərvətlər Nazirliyinin 4 nəfər əməkdaşı bizi saxlatdırıb hər kömür kisəsinə görə bizdən 1 manat pul istədilər.Onlara bildirdim ki, mən bu kömürü oğurlamamışam qanunu qaydada Quba bazarından alıb evimə aparıram ki, hər kisənin üstünə 1 manat qoyub satıb çörək pulu edim. Biləndə ki, mən onlara istədikləri pulu verməyəcəm dedilər ki, bu qanunsuzluqdur kömürlər müsadirə olunacaq. Mən etiraz etdim ki, gözününüzün qarşısında Quba bazarında 30-40 yerdə tonlarla kömür satılır, bəs nə üçün buna icazə verilir? Onlar mənə bildirdilər ki, hər kisəyə görə 1 manat verməlisən. Mən şəhid qızı olmağımı, Qarabağ müharibəsi əlilinin yetimlərinə baxdığımı bildirdim. Ancaq heç bir mənası olmadı. 230 kisə kömrümü əlimdən aldılar. Mən onları getməyə qoymadıqda üstümə maşın sürüb məni vurub xəsarət yetirdilər. Sonradan mənə orada olan kənd sakinləri dedilər ki, özlərini Ekologiya və Təbi Sərvətlər Nazirliyinin əməkdaşları kimi təqdim edən həmin 4 nəfər şəxslər spirtli içki qəbul ediblər, sərxoşdular. Mən onların idarə etdikləri hər iki avtomobilin nömrəsini yazmışam. Bu cinayət əməlidir. quldurluqdur ki, Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Quba rayonunda olan həmin 4 əməkdaşı törədiblər.

    Mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvətlər Naziri cənab Muxtar Babayevə müraciət edib xahiş edirəm. Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Quba rayonunda olan həmin 4 əməkdaşının qanunsuz əməllərini araşdırıb barələrində ciddi tədbirlər görsünlər.”


Xəbər lenti

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!