“Cibimdə narkotik ola, 3 saat içində bir yol tapıb onu ata bilməyim?”- VİDEO

Şrift : |
Tarix :29-08-2018, 02:39
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 296 dəfə
Like :
Like :

    Avqustun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə AXCP üzvü Orxan Baxışlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə gənc fəalın özü və vəkili Elçin Sadıqov da iştirak ediblər.

    Qeyd edək ki, ötən prosesdə olduğu kimi məhkəmə zalına məhdud sayda insanlar buraxılıb, məhkəmədə iştirak etmək istəyənlər, eləcə də media nümayəndələrinin zala keçməsinə əsassız olaraq imkan verilməyib.

    Zala dəvət olunan şahid Namiq Mirzəyev əməliyyat qurulduğunu və rəisin onu çağıraraq Bakı Baş Polis İdarəsinin əməkdaşları ilə Cavid parkına getdiyini, yalnız o zaman Orxan Baxışlını gördüyünü dedi:

    “Orxanı ilk əvvəl 26-cı polis bölməsinə apardıq.Lakin sonra öz sahəmiz olmadığı üçün oradan 28-ci polis bölməsinə gətirdik. Buna səbəbi də odur ki, 6 aydır işə götürülmüşəm, ərazinin hara olduğunu dəqiq bilmirdim.”

    Vəkil Elçin Sadıqov bu məqamı şahiddən soruşdu, Mirzəyev də yolun bir tərəfinin 26-cı bölməyə, o biri tərəfinin də 28-ci bölməyə aid olduğunu dedi.
    Daha sonra Orxan Baxışlı bildirdi ki, onu tutanda yox, polis idarəsinə gətirəndə yoxlayıblar və kurtkasının sol cibinin yanında cırıq deşik müşahidə ediblər və oradan narkotik maddə tapılıb:

    “Necə ola bilər ki, mənim cibimdə narkotik maddə ola, mən onu 3 saat içində bir yolunu tapıb onu ata bilməyim? Ən azı, tualetə gedib orada atardım.”
    Digər şahidlərin məzuniyyətdə olduqları bildirilib və hakim M.Ağalarov növbəti prosesin sentyabrın 6-da davam edəcəyini elan edib.

    Xatırladaq ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi. /rakurs.tv/




Xəbər lenti

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!