Qəzada əsgər həyatını itirdi



Sentyabrın 3-ü axşam saat 21:00- radələrində "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında baş verən qəza nəticəsində nəticəsində bir nəfər həyatını itirib, iki nəfər xəsarət alıb.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) sentyabrın 4-də yaydığı məlumatda deyilir.

Məlumata görə, GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, Gürcüstan vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində DSX-nın həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, çavuş Ələnnur Süleymanov aldığı xəsarətlər nəticəsində vəfat edib.

Daha iki nəfər mülki şəxs yüngül xəsarətlər alıb.

Məlumatda deyilir ki, sürücü saxlanılıb və Qazax rayon polis şöbəsinə təhvil verilib, hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir. /Turan/

3-09-2018, 22:31