BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ABŞ Azərbaycanı Cumhuriyyət günü münasibətilə təbrik edib

50
  • + A
  • - A
  • ABŞ Azərbaycanı Cumhuriyyət günü münasibətilə təbrik edib
    Amerika Birləşmiş Ştatları hökuməti Azərbaycanı Cumhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə təbrik edib. ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında Azərbaycanın Birləşmiş Ştatların dəyərli tərəfdaşı olduğu bildirilir, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərə sadiq qaldlğı ifadə edilir.

    Pompeonun bəyanatında deyilir:

    "Birləşmiş Ştatlar hökuməti və Amerika xalqı adından Azərbaycan hökuməti və onun xalqını təbrik etməkdən böyük məmnunluq duyuram.
    2018-ci ildə ilk müsəlman parlament respublikası olan və dünyada ilk ölkələrdən biri olaraq qadınlara səs vermək hüququ verən Azərbaycan Demokratik Respublikasının 100 illiyi tamam olur.
    Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdiyi vaxtdan Birləşmiş Ştatların dəyərli tərəfdaşıdır. Biz uzunmüddətli əməkdaşlığı davam etdirməyi, təhlükəsizilk, enerji və demokratik idarəetmə ilə bağlı birgə işimizi dərinləşdirməyi və iki ölkə arasında əlaqələri gücləndirməyimizi səbirsizliklə gözləyirik.
    Biz eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması işinə sadiq qalırıq və tərəfləri ən tez zamanda intensiv danışıqları bərpa etməyə çağırırıq", deyə dövlət katibi qeyd edir. Turan.az