Sabiq baş nazir xəstəxanaya yerləşdirildi




Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri, Tiflis həbsxanasında cəza çəkən Vano Merabişvili xəstəxanaya yerləşdirilib.

7GUN.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə "Rustavi2" telekanalının efirində vəkil Merabişvili Qeorqi Çiviaşvili məlumat verib.

Avqust ayında səhhətindəki problemlərə görə klinikaya göndərilən Merabişviliyə yalnış diaqnoz qoyulduğu bildirilib.

Qeyd edək ki, V. Merabişvili 2013-cü ildə Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb.

Sabiq baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlə yetirilməsində ittiham edilir.

Merabişvili 2020-ci ilin fevralında azadlığa çıxmalıdır.

12-09-2018, 19:55