“Azercell”in evyıxma vandalizmi üzə çıxdı - VIDEO

Şrift : |
Tarix :12-09-2018, 22:28
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 286 dəfə
Like :
Like :


    “Azercell” mobil operator şirkətinin təxminən 20 il əvvəl Bakıda evyıxma vandalizmi, mülkiyyət sahiblərinin vəhşicəsinə döyülməsi ilə nəticələnən qanunsuzluqlarının video kadrları üzə çıxıb.

    7GUN.az AzEuroNews.com-a istinadən xəbər verir ki, bu faktları Quliyeva Məryəm Arif qızı video müraciətində gündəmə gəlib.
    O, çıxışında Bakının Tbilisi prospekti 31/66 məhəllələrində yerləşən 10 sot torpağının və zəhmətlə tikdiyi evinin şumlandığını bildirib.
    Vətəndaş müraciətində ərazinin “Azercell” tərəfindən ələ keçirilərək ofis binası tikildiyini qeyd edir.

    Bu 20 ilə yaxın müddətdə M.Quliyevə hüquqi müstəvidə mübarizə aparıb, yüzlərlə müxtəlif ünvanlara müraciətlər edib, iş Avropa Məhkəməsinə qədər gedib. Amma nə buna görə ailəyə kompensasiya ödənilib, nə mənzillə təmin olunublar.

    Ardınca mülkiyyət sahibi 1999–cu ilə aid arxiv kadrları göstərir, həyat yoldaşı Qurban Quliyev vəhşicəsinə döyülməsindən danışır, ailə üzvləri zor gücünə evdən çıxarılıb yuvalarının uçurulmasından bəhs edirlər. Həmin video materialı təqdim edirik:



Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!