Sabiq prokurorun barəsindəki cinayət işi məhkəməyə göndərildi

Şrift : |
Tarix :12-09-2018, 22:33
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 143 dəfə
Like :
Like :

    İsmayıllı rayonunun rüşvət almada təqsirləndirilən sabiq prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    7GUN.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, cinayət işi yekunlaşdırılaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hazırlıq iclası sentyabrın 18-nə təyin edilib.

    Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

    Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi F.Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

    F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.

    İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Aparılan xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ü.Abbasov və prokurorun böyük köməkçisi F.Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.

    Məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib.


Xəbər lenti

Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayonunda biabırçı hadisə

Dərman ölümə səbəb oldu

Siyasi məhbus doğum gününü "kars"- da keçirir

Səlim Müslümovun vəzifədən çıxarılmasından prezidentin xəbəri olmayıb?- Ənvər Seyidəliyevdən sərsəm açıqlama

''Oğlumu "BizimləSən" verilişinə çıxarmaq üçün 500 manat istədilər''- Famil Əliyev

"Qəsəbəyə suyu Tərtərdən su maşınları gətirir, biz də pul verib alırıq" - qəsəbə sakinləri

Əli Kərimli: "Rejimin repressiyalarını ciddi sanksiyalar durdura bilər"

"Bir neçə saat gözləyəndən sonra apardığımız sovqatı qəbul elədilər, görüşə isə buraxmadılar" - Kəmalə Rəhimli

Etimad İsmayılov Nardaranda dəfn olunacaq - VİDEO-FOTO

Xətai rayonunda yanğın baş verib VİDEO

Prezident İlham Əliyev Binəli Yıldırım ilə görüşüb

"Rauf gəlib dedi ki, hamı Elnurla işləyib pul qazanır" - Həbib Axundov

"Bu çox önəmli qərardır"- Ələsgər Məmmədli

Baş həkim iş otağında dərman paylayır

Narazı sakinlər yenə də Prezidentlə görüşə bilmədilər- Masallıda

Cahangir Hacıyevin bacısından sensasion açıqlama: "Qardaşımı öldürmək istəyirlər"

Azadlıqların ciddi pozulduğu ölkələr sırasında Azərbaycanın da adı çəkilir

Eldar Köçərli Kəmaləddin Heydərovu və Səfər Mehdiyevi gömrükdəki monopoliyaya görə ittiham edir - VIDEO

"Mənim vaxtımda məmur övladlarının əsgərlikdən qaçması söhbəti ola bilməzdi” – Əliağa Hüseynov

Elçin Quliyevin oğlu SQ-də xidmət edəcək – mövcud qanunvericilik buna icazə verirmi?

"Buna şahid olmaq üçün sadəcə Naxçıvana gəlmək lazımdır” - Naxçıvanın Ali Məclisinin deputatı

Əfqan Muxtarlı ilə qərar qüvvədə saxlanıldı

Orxan Baxışlıya hökm oxundu: 6 il

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!