ABŞ və Böyük Britaniya nümayəndələri “Cənub” qaz dəhlizi layihəsi barədə

Şrift : |
Tarix :29-05-2018, 23:39
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 145 dəfə
Like :
Like :

    ABŞ və Böyük Britaniya nümayəndələri “Cənub” qaz dəhlizi layihəsi barədə
    Mayın 29-da ABŞ və Böyük Britaniya səfirlikləri Bakıda açılan 25-ci Xəzər Neft-Qaz Sərgisi və konfransı çərçivəsində qəbul təşkil ediblər.

    Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Nikolson bildirib ki, Birləşmiş Krallıq və Şimalı İrlandiyanın xüsusilə neft-qaz sahəsində Azərbaycanda birbaşa investor olması ilə fəxr edir.

    "Bu sahədə görməli çox iş var", - o qeyd edib.

    Xanım Nikolsonun sözlərinə görə, hazırda Azərbaycanda 500-dən çox Britaniya şirkəti uğurla fəaliyyət göstərir.

    "Neft və qaz yaxın gələcəkdə Azərbaycan və dünya üçün əhəmiyyət kəsb etməkdə davam edəcək. Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etmək istəyini nəzərə alaraq birgə əməkdaşlığı daha da inkişaf etdirə biləcəyimiz digər sahələrə də diqqət etməyimiz vacibdir. Buraya təhsil, turizm, aqrosektor və digərlərini aid etmək olar", - o qeyd edib.

    ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk deyib ki, ABŞ hər zaman "Cənub" qaz dəhlizi layihəsinə güclü dəstək verib.

    "Bu layihənin məqsədi Avropa enerji təhlükəsizliyinə töhfə verməkdir. İnanıram ki, yaxın gələcəkdə qazın Avropaya çatdırılmasını qeyd edəcəyik".

    Onun sözlərinə görə, "Cənub" qaz dəhlizi genişlənə bilən bir sistem vasitəsi ilə regiondakı ölkələrin birgə işləməsi üçün imkanlar yaradır.

    "Biz inanırıq ki, bu sistem vasitəsi ilə regiondakı ölkələr şərqi Aralıq dənizi, İraq və digər ölkələr Avropaya nəql ediəcək qaz həcminin artırılmasında iştirak edəcək. ABŞ bu işin uğurla həyata keçirilməsini mümkün edəcək. Baxmayaraq ki, ABŞ bu layihədə birbaşa iştirak etmir. ABŞ hökuməti müxtəlif qurumlar, agentliklər vasitəsi ilə layihəyə güclü dəstək verir. ABŞ-ın "Cənub" qaz dəhlizinə verdiyi bu önəm Birləşmiş Ştatlar hökumətinin TAP layihəısinin təhlükəsizlik məsələlərinə verdiyi önəmin bariz göstəricisidir. ABŞ layihənin uğurunu təmin etmək üçün dəhliz boyu yerləşən bütün tərəfdaşları ilə işləməkdə davam edəcək. Çünki ABŞ administrasiyası tərəfdaşlarının enerji təhlükəsizliyini dəstəkləməkdə sadiqdir".

    ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini deyib ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olmasına baxmayaraq, alternativ, yəni bərpa oluna bilən enerji məsələlərinə də çox böyük diqqət yetirir.

    "Sonda enerji təhlükəsizliyi həm mənbənin, həm nəqlin, həm də təyinat məntəqələrinin müxtəlifləşdirilməsi deməkdir. Biz "Cənub" qaz dəhlizinin birgə həm Xəzər bölgəsində iqtisadi inteqrasiyasının artırılmasına, eyni zamanda Avropada tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təminatına köməklik göstərə bilərik. Hesab edirəm ki, bu çox möhtəşəm bir imkandır ki, Avropadakı tərəfdaslarımız öhdəlilklərini yerinə yetirsinlər", - o qeyd edib.

    Qəbuldan sonra keçirilən brifinqdə İran və Rusiyanın Xəzər hövzəsinə sahil dövlətlərdən başqa dövlətlərin buraxılmaması ilə bağlı bəyanatları barədə Turan-ın sualına cavab verməyiblər.

    "Bu sual mənim məsuliyyət dairəmdən kənardadır. Bu səbəbdən müsahibə zamanı bu barədə danışmaq istəməzdim", - xanım Sandra Oudkirk qeyd edib.

    7GUN.az-ın məluçatına görə Turan-ın ABŞ və Böyük Britaniya hökumətlərinin strategiyalarında "Cənub" qaz dəhlizinin davamı kimi nəyi nəzərdə tutması barədə sualının cavabında isə Baronessa Nikolson deyib ki, artıq "Cənub" qaz dəhlizinə ilkin qaz çatdırılıb.

    "Bu, həm Azərbaycanın, həm də layihədə iştirak edən 11 dövlətin, SOCAR və digər şirkətlərin böyük bir uğurudur. Layihənin gələcəyinə gəlincə, bu sahədə çoxlu bacarıqlar və texniki biliklər toplanılıb. Bundan da gələcəkdə istifadə oluna bilər. "Cənub" qaz dəhlizi həm də Azərbaycanın geostrateji bir uğurudur", - o deyib.

    ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini deyib ki, qısa zamanda TANAP-ın açılışı Türkiyədə qeyd olunacaq.

    "Bundan sonra isə TAP-ın - Türkiyədən İtaliyaya aparan layihənin açılışı nəzərdə tutulub. Azərbaycanın böyük uğurudur ki, bu cür mürəkkəbliyi və vacibliyi ilə seçilən böyük bir infrastrukturun əsas hissəsi məhz Azərbaycandadır. Bu, həm Azərbaycanda, həm də bölgədə inteqrasiyanın həyata keçirilməsinə, iqtisadi inkişaf təkan verən layihələrdən biridir".

    Baronessa Nikolson İtaliyada TAP layihəsinin həyata keçirilməsinə qarşı müavimətin olması barədə sualın cavablnda deyib ki, müxtəlif hökumət və şirkətlərlə müzakirə apararaq layihənin enerji təhlükəsizliyi və təminatı baxımından vacibliyini izah etməyə çalışırlar.
    O, uzun müddət Avropa parlamenti və Avropa Şurasında işlədiyini, Avropa hökumətləri ilə yaxşı tanış olduğunu bildirib.

    "İtalyanlar düşündüklərini deyiblər. Hazırda onlar hökumətlərinin aqibətinə dair məsələləri həll etməyə çalışırlar. Səbrli olmalıyıq, ilk olaraq İtaliya hökumətindəki məsələlər həll olunmalıdır", - o qeyd edib.


Xəbər lenti

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

F. Fərəməzoğlunun işində də zərərçəkmiş şəxs həbs edilib

Polis bölməsi qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Penitensiar Xidmət həbsxanalarda aclıq aksiyası keçirilməsi barədə məlumatı təkzib edir

Dörd fəal həbsxanada müddətsiz aclıq elan edib

Aclıq aksiyası davam etdirilir

E.Məmmədyarov və Z.Mnatsakanyan görüşəcək

Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!