Prezident İlham Əliyev Binəli Yıldırım ilə görüşüb


Bu gün prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımı qəbul edib. B.Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Bakıya gəlib.

Söhbət zamanı qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında dost və qardaş münasibətlər, o cümlədən parlamentlərarası əməkdaşlıq uğurla inkişaf edir. Əlaqələrin gələcəkdə də möhkəmləndiriləcəyinə və genişləndiriləcəyinə əminlik ifadə olunub, Azərbaycan prezidentinin saytında yayılan məlumatda bildirilir.

21-09-2018, 07:43