AXCP sədrinin müşaviri barədə məhkəmə qərarından apellyasiya şikayəti verilib

"Məmməd İbrahimin barəsində Yasamal rayon Məhkəməsinin sentyabrın 28-də iki aylıq həbs həbs qətimkan tədbiri seçməsi qərarından oktyabrın 1-də apellyasiya şikayəti vermişəm". 7GUN.az-ın məlumatına görə bu barədə Turana vəkil Cavad Cavadov bildirib.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (polisə müqavimət göstərməklə xuliqanlıq) ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

O, hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.

Məmməd İbrahim həbs müddətinin bitməsinə iki gün qalmış, sentyabrın 27-də cərimə təcridxanasına (karser) salınıb. Penitensiar Xidmət onun yatağından kəsici-deşici alətin tapıldığını bildirib.

Sentyabrın 29-da həbs müddəti başa çatan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) yeni cinayət işi başlanıb. Sentyabrın 28-də Yasamal rayon Məhkəməsi AXCP sədrinin müşaviri barəsə ik aylıq həbs qətimkan tədbiri seçib.

"Məmməd İbrahim sentyabrın 28-də Yasamal rayon Məhkəməsində yatağından tapıldığı iddia olunan kəsici-deşici alət ona məxsus olmadığını və ittihamı qəbul etmədiyini bildirib", vəkil Cavadov qeyd edib.

1-10-2018, 20:01