AİHM Hilal Məmmədovun şikayətini araşdırmağa başlayıb

Şrift : |
Tarix :3-10-2018, 20:15
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 20 dəfə
Like :
Like :

    Avropa Məhkəməsi Hilal Məmmədova görə hökumətə suallar göndərib.

    İnsan Haqları Məhkəməsi (AİHM) "Tolışi sado" qəzetinin baş redaktoru Hilal Məmmədovun şikayətini araşdırmağa başlayıb. Məhkəmə Azərbaycan hökumətinə işlə bağlı suallar göndərib.

    Həmin işlə, eləcə də kommunikasıyasına başlanılmış Azərbaycana aid daha 5 şikayətlə bağlı AİHM-in məlumatında bildirilir.

    Hilal Məmmədov 2013-cü ildə 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavəti qızışdırmaqda ittiham olunub. 2017-ci il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan redaktor barəsində çıxarılmış bütün qərarların qanunsuz olduğunu, peşə fəaliyyətinə, ictimai fəallığına görə, həbs olunduğunu iddia edir.

    Həbsdəki OMON-çunun bacısının şikayəti də araşdırılır

    AİHM-in araşdırmağa başladığı digər şikayəti Xüsusi Təyinatlı Polis Dəstəsinin – keçmişdə OMON kimi tanınan qurumun Qazax bölməsinin həbsdə olan keçmiş komandiri Elçin Əmiraslanovun bacısı Şəhla Abbasəliyeva göndərib.

    Şikayətə görə, bəzi yerli media onu qardaşı ilə bağlı "dövlətin düşməni” adlandırıb. Abbasəliyeva həmçinin, qardaşına görə, iş yerindən də məhrum olduğunu bildirir.

    O yerli məhkəmələr onun şikayətlərini təmin etmədiyindən AİHM-ə üz tutub. Şəhla Abbasəliyeva iddia edir ki, onun Avropa Konvensiyasının 8-ci (şəxsi həyatın toxunulmazlığı)və 14-cü (Ayrı-seçkiliyin yolverilməzliyi) maddələri ilə qorunan hüquqları pozulub.

    AİHM həmçinin, Azərbaycandan göndərilən daha 4 şikayətlə bağlı da hökumətə suallar göndərib.

    Həmin şikayətlər özəl universitetin təhsil haqqında diplomunun təsdiq edilməməsi, mənzildə axtarış aparılması, yaşayış icazəsinin verilməməsi ilə bağlıdır.

    Daha bir işdə isə məhkuma aid kitabların və onun həbsxanadan mediaya göndərdiyi məktubların saxlanılmasından şikayət edilib.

    Sualların detalları açıqlanmır.

    /Azadlıq Radiosu/


Xəbər lenti

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Müsavat Partiyasının fəalına cinayət işi açılıb

“Heç kim bizim adımızdan öz oyunlarında, siyasi vətənşüvənliyində istifadə etməsin” Zümrüd Yağmur

Şamaxıda direktor müavinindən 15 yaşlı şagird hamilə qaldı

Ali baş komandanın fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və sayğısızlıqdı

Rüşvət BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində açıq alverin həddi-hüdudu bilinmir

Qazaxda hansı qanunlar işləyir bilmirəm

Azərbaycan Respublikasının prezidenti Xızı və Qubada açılışlar edib

''Yeni rəis gələni Mehman Hüseynov və Elgiz Qəhrəmana qarşı kobudluq edilir''

Cahangir Hacıyevə qarşı açılan ikinci cinayət işi "mənimsəmə, külli miqdarda törəldildikdə" maddəsi ilə irəli sürülüb

"Çünki bizdə başçı müqəddəsdir, bütdür... ona yaxın düşmək olmaz..."

Con Bolton regiona səfər etməyi planlaşdırır.

Müsavat Partiyasının fəalı Azad Həsənov saxlanılıb

Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!