Məhkəmə Məmməd İbrahimovu həbsdə saxlayıb

Şrift : |
Tarix :4-10-2018, 01:41
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 25 dəfə
Like :
Like :

    Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin həbsindən verilmiş şikayəti təmin etməyib.

    Xatırladaq ki, Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

    Bir neçə gün əvvəl, həbs cəzasının başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.

    Sentyabrın 28-də Yasamal rayon məhkəməsi İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

    7GUN.az xəbər vrir ki, vəkil Cavad Cavadovun Turan-a verdiyi məlumata görə, İbrahim Apellyasiya Məhkəməsində təhqiqatda iştirak edib və deyib ki, yeni ittiham da əvvəlkilər kimi tamamilə uydurmadır. Onun saxladığı iddia olunan bıçağın onunla heç bir əlaqəsi yoxdur.

    Müdafiə tərəfi həbs qərarından Strasburq Məhkəməsinə şikayət hazırlamağı planlaşdırır. Bundan başqa, vəkil qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət hazırlayacaq.

    Məhkəmə binası qarşısında İbrahimin bir qrup tərəfdarı yığışıb. AXCP lideri Əli Kərimli bildirib ki, İbrahimə qarşı yeni ittiham irəli sürülməsi hakimiyyətin repressiyanı davam etdirmək niyyətini göstərir.

    "Gəncə hadisələri göstərdi ki, hakimiyyət siyasətlə əlaqəsi olmayan insanlara qarşı da amansız repressiyalar həyata keçirir. Gəncədə 70-dən çox insan həbs edilib, 6 nəfər öldürülüb", deyə Kərimli bildirib. Onun fikrincə, repressiyaları yalnız kütləvi vətəndaş fəallığı ilə dayandırmaq olar.


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!