Fuad Əhmədli: "Haqqımdakı sifarişli qərarlar da göstərir ki, bizim mübarizəmiz ölkə rəhbərliyilədir"

Şrift : |
Tarix :4-10-2018, 22:25
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 26 dəfə
Like :
Like :

    Oktyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində AXCP Gənclər Komitəsi Xətai rayon şöbəsinin sədri Fuad Əhmədlinin şikayətinə baxılıb. Hakim Sahibxan Mirzəyevin sədrliyilə keçirilən məhkəmə prosesində F.Əhmədlinin özündən başqa, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı da iştirak edib.

    Cəbhəçi fəal onun cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair ərizəsini təmin etməyən Suraxanı Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

    Məhkəmədə F.Əhmədli şikayətini müdafiə edərək bildirib ki, 2 il 2 aydır həbsdədir, onun 1 il 1 ayını 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb. Onun sözlərinə görə, dörd illik cəzasının yarıdan çoxunu çəkib, məntəqə tipli müəssisəyə köçürülməsi üçün maneə yoxdur.

    Cəzaçəkmə müəssisəsinin Emin adlı əməkdaşı çıxışında F.Əhmədlinin şikayətinin təmin olunmamasını istəyib. Bildirib ki, Fuada müsbət xasiyyətnamə verilməyib, o, müəssisədəki kütləvi tədbirlərdə iştirak etmir, ona xəbərdarlıq olunub, tənbeh edilib.

    F.Əhmədli özü haqqında deyilənləri qəbul etməyib. Onun sözlərinə görə, Bakı istintaq təcridxanasında saxlandığı dövrdə töhmət verilib: "Qanuna görə, o da altı aydan sonra əhəmiyyətini itirir. Tədbirlərdə iştirak etmədiyim barədə söylənilənlər də doğru deyil. Emin müəllim mənim dəstə rəhbərimdir, onunla da heç bir problemimiz yoxdur. Mənim mübarizəm cəzaçəkmə müəssisəsilə deyil, daha yüksək səviyyədədir. Haqqımda çıxarılan sifarişli qərarlar da mübarizənin ölkə rəhbərliyi səviyyəsində olduğunu sübut edir. Mən bu ərizəmin də təmin olunmayacağını bilirdim. Ərizəni verməkdə məqsədim məhkəmə prosesində dostlarımı görmək idi. Dostlarımı görməkdən ötrü haqqımda deyilən böhtanlara da razıyam. Dostları görməyə dəyər".

    Dövlət ittihamçısı Anar Məmmədov şikayətin təmin olunmamasını istəyib. Bildirib ki, cəzaçəkmə müəssisəsinin rəyi əsas götürülməlidir.

    Məhkəmə də apelyasiya şikayətini təmin etməyib.

    F.Əhmədli 2016-cı il avqustun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib.

    İttihama görə, o, operator işlədiyi “Azerfon” şirkətində (NarMobile) bir neçə müştəri haqda məlumatları kənar şəxslərə ötürüb.

    İddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdən Fətullah Gülən haqda disklər, kitablar tapılıb. Ancaq məhkəməsində və ittiham aktında bu haqda heç bir fikir bildirilməyib.

    F.Əhmədli həm evindən Gülənə aid materialların tapılması, həm müştəri məlumatlarını yayması haqda ittihamları rədd edib. Bildirib ki, o, AXCP üzvü olduğuna, hakimiyyəti tənqid etdiyinə görə sifarişlə həbs olunub.

    /Meydan tv/


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!