Mehman Hüseynovun Apellyasiya Məhkəməsinin vaxtı bəlli oldu

Şrift : |
Tarix :4-10-2018, 22:30
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 35 dəfə
Like :
Like :

    Oktyabrın 10-da saat 12.30-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə bloger Mehman Hüseynovun şikayətinə baxılacaq. Məhkəmə iclası açıq olacaq. 7GUN.az-ın məlumatına görə bu barədə "Amerikanın Səsi"nə vəkil Şəhla Hümbətova bildirib.

    Avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Məhkəmə iclası blogerin saxlanıldığı Bakı şəhəri, Qızıldaş qəsəbəsindəki 14 Saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.

    M.Hüseynovun vəkili Şəhla Hümbətova məhkəmədən sonra bildirib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məhkəməyə verdiyi rəyə görə, bloger hələ islah olunmayıb. Buna əsas kimi onun müəssisədəki ictimai tədbirlərdə, iməcilik işlərində iştirak etməməsi göstərilib. Rəhbərlik iddia edib ki, bloger müəssisə əməkdaşlarına qarşı da səmimi deyil.

    Bloger Cinayət Məcəlləsinin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib. M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 6 ayından çoxunu çəkib.

    M.Hüsenov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkməsinin qərarı ilə polisə böhtan atma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

    Buna səbəb 2017-ci ilin yanvarnda M.Hüseynovun Nəsimi Rayon Polis İdarəsində saxlanılması olub. O, məhkəmənin qərarı ilə 200 manat cərimə edilərək sərbəst buraıxlıb. Məhkəmədən sonra M.Hüseynov polis idarsində işgəncələrə məruz qalması haqqında açıqlama verib. Bundan sonra adı çəkilən cinayət işi başlanılıb.

    Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

    Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

    Ancaq hakimiyyət rəsmiləri Azərbaycanda jurnalist və blogerlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiyini bildirir.


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!